1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:20.06.2019 11:00:05

Meyxana sənətinin şifali xalq ədəbiyyatının qədim və özünəməxsus növlərindən biri olduğu hər kəsə məlumdur

Meyxana sənətinin şifali xalq ədəbiyyatının qədim və özünəməxsus növlərindən biri olduğu hər kəsə məlumdur. Sovet dönəminin yasaqları, qadağaları çərçivəsində belə yaşayan, öz varlığını davam etdirən meyxanadan hətta II Dünya Müharibəsi zamanı düşmənə qarşı təbliğat vasitəsi və gənclərdə mübarizə əhval-ruhiyyəsinin yüksəldilməsi məqsədi üçün istifadə edilib. Məşhur “Bizim Cəbiş müəllim” filmində gənc meyxanaçıların faşist Almaniyası haqqında dediyi meyxana da, sovet rejiminin təbliğati vasitə kimi meyxanaya verdiyi rolun önəmini göstərir.

Sevindiricidir ki, bu gün də ustad meyxanaçılar tərəfindən el şənlikləri və müxtəlif tədbirlərdə erməni işğalı lənətlənməkdə, Mübariz İbrahimov və digər Milli Qəhrəmanlarımızın göstərdiyi igidliklər vəsf edilməkdədir. Xüsusilə də Ələkbər Yasamallı, Rəşad Dağlı, Orxan Lökbatanlı, Vüqar Biləcərli kimi ustad meyxanaçılar bu məsələyə xüsusi diqqət yetirməkdədir.

Bəs meyxanamızda Qarabağ dərdinə olan bu yanaşmanın ənənə halını alması, gənc meyxanaçıların da bu mühüm məqama diqqət yetirməsi meyxananı Qarabağ həqiqətlərinin təbliği vasitəsinə çevirə bilərmi? Ümumiyyətlə, meyxananın, söz sənətinin gücündən təbliğati yöndə istifadəyə daha çox diqqət yetirilməlidirmi?

Moderator.az-ın sualını cavablandıran meyxana ustadı Ələkbər Yasamallı Qarabağ probleminin ümumxalq dərdi olduğunu, hər bir azərbaycanlının bu məsələyə həssaslıqla yanaşması gərəkdiyini vurğuladı:

“Meyxana hər zaman xalq tərəfindən sevilib. Məsələ bundadır ki, xalqın dərdlərinin, bu dərdlərdən ən böyüyü olan Qarabağ probleminin hansısa müğənni, yaxud şair tərəfindən dilə gətirilməsi üçün müəyyən bir zaman lazımdır. Lakin meyxana sənəti bədahən olduğu üçün, biz bu məsələyə daha çevik şəkildə yanaşa bilirik. Mənə dəfələrlə sual veriblər ki, qarabağlısınız? Bu, ümumilikdə mənim xoşuma gəlməyən sualdır. Çünki biz hamımız azərbaycanlıyıq. Ancaq bununla belə həmin suala cavab olaraq bildirirəm ki, əslən bakılıyam, amma Qarabağ hər bir azərbaycanlı kimi mənim də yaralı yerimdir. Qarabağ alınana qədər qarabağlıyam. Yalnız, qarabağlı deyiləm, həm də Dərbəndliyəm, Təbrizliyəm. Bunların hamısı bizim yaralı yerlərimizdir.

Mübariz İbrahimov bizim dövrümüzdə yaşamış qəhrəmanların öndə gedənlərindən biridir. Biz xalqımızın tarixi qəhrəmanları olan Babəki, Koroğlunu, Qaçaq Nəbini də təbliğ edirik. Lakin biz onları görməmişik, sadəcə zamanında etdikləri qəhrəmanlıqları eşitmişik və bunu təbliğ edərək gələcək nəsillərə çatdırırıq. M.İbrahimov isə bizim dövrümüzdə yaşayıb. Buna görə də onun qəhrəmanlıqlarını təbliğ etmək bizim üçün ikiqat mənəvi borcdur. Meyxanaçı kimi əlimizdən bu gəlir və bunu da sevə-sevə edirik.

Sevindiricidir ki, gənc meyxanaçılar da bu məsələni diqqətdə saxlayır, zaman-zaman qəhrəmanlarımız haqqında da fikirlər bildirirlər. Arzu edirəm ki, onlar bu məsələyə daha çox diqqət ayırsınlar. Çünki bu, bizim yaralı yerimizdir. Ağrılı bir faktdır ki, bizim doğma torpaqlarımız dığalar tərəfindən işğal edilib. Və nə qədər ki, işğal faktı ortadan qalxmayıb, nə qədər ki, torpaqlarımız düşmən işğalı altındadır, peşəsindən, sənətindən asılı olmayaraq, hər kəs öz sahəsində buna qarşı mübarizə aparmalı, xalqımızın, dövlətimizin erməni işğalına qarşı apardığı mübarizəyə öz töhfəsini verməlidir”.


Meyxana ustası: “Qarabağ alınana qədər qarabağlıyam”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ