EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.05.2019 12:40:41

“Azərbaycanda dövlət büdcəsi ilə bağlı müzakirələr daha geniş spektrdə təşkil olunmalıdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Vahid Əhmədov deyib.

“Büdcənin icrası ilə bağlı müzakirələrə qeyri-hökumət təşkilatlarını, siyasi partiya rəhbərlərini, bizi tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır ki, qoy onlar öz fikirlərini bildirsinlər. Biz də öz arqumentimizi ortaya qoyaq. Hamı görsün ki, hansı işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır”, - V.Əhmədov vurğulayıb.

Deputat Maliyyə Nazirliyinin fəaliyyətini də tənqid edib: “Maliyyə Nazirliyi il boyu bir dəfə də tədbir keçirib, vacib məsələlərin müzakirəsinə imkan yaratmır. Təklif edərdim ki, nazirlik beynəlxalq təşkilatlarla birgə ildə heç olmasa bir dəfə investisiyalarla bağlı müzakirələr aparsın. Bununla bağlı bizə ciddi iradlar var. Bu iradların aradan qaldırılması üçün ictimai müzakirələr keçirilməlidir”.

V.Əhmədov millət vəkili seçildiyi Quba rayonunun yol problemlərindən də danışıb: “Qubanın Qonaqkənd ərazisində son 70 il ərzində yol çəkilməyib. Rayonda 5 çay var, lakin indiyə qədər çayların üzərində körpü olmayıb. Ancaq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində son 2 ildə körpülər salınır”.


Millət vəkili Maliyyə Nazirliyinin fəaliyyətini tənqid edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ