1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:12.08.2020 20:24:51

Belarusun paytaxtı Minskdə prezident seçkiləri ilə bağlı etiraz aksiyaları davam edib.

İslamazeri.com life.ru saytına istinadən xəbər verir ki, yayılmış videoların birində görünür ki, şəhərdə güc strukturu əməkdaşları həyətə daxil olaraq mənfi çağırışlar səsləndirilən çoxmərtbələri binaya tərəf atəş açıblar.

Hadisə Kamennaya Qorka rayonunda baş verib. Etirazçılar hüquq-mühafizəçilərindən qaçaraq binaların girişində gizləniblər, sonuncular isə təqibə başlayıblar. Bina sakinləri güc strukturu əməkdaşları görən zaman “Biabırçılıq!” və “Rədd olun!” qışqırmağa başlayıblar. Cavab olaraq isə atəş səsləri eşidilib.

Xatırladaq ki, Belarusda prezident seçkilərinin nəticələri elan edildikdən sonra Minskdə etiraz aksiyaları başlayıb. Elan edilən nəticələrə əsasən, hazırkı prezident Aleksandr Lukaşenko 80%-dən çox səs toplayıb, onun əsas rəqibi Svetlana Tixanovskaya isə təxminən 10% səs toplayıb. Lakin Tixanovskayanın tərəfdarları nəticələrlə razılaşmayaraq etiraz aksiyalarına başlayıblar.


Minskdə etirazlar zamanı çoxmərtəbəli binaya tərəf atəş açıldı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ