Misirin əsas dini hüquqi orqanı - Fətvalar İdarəsi müvəqqəti kəbinlərə qadağa qoyub.

İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Misirin “Al Ahram” nəşri məlumat yayıb.
Qeyd edilir ki, ilahiyyatçıların belə sərt reaksiyasına sosial şəbəkələrdə misirli vəkil Əhməd Məhranın tərtib etdiyi müvəqqəti nikah müqaviləsinin qızğın müzakirələri səbəb olub.
Fətvada bildirilir ki, belə növ nikahlar doğru hesab edilə bilməz. Buna səbəb kimi isə müvəqqəti kəbinin Misir cəmiyyətinin dəyərlərinə zidd olduğu göstərilib.
Misirdə müvəqqəti kəbinə qadağa qoyuldu