EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:21.11.2019 15:05:51

Mobil rabitə bazarında digər sahələr ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Əvvəllər evdən çıxanda üst-başımızı yoxlayıb pul, vəsiqə, açarı götürüb-götürmədiyimizi yoxlayardıq. Indi isə ilk olaraq telefonu düşünürük. Çünki indi açarımız, vəsiqəmiz, pulumuzla yanaşı, işimiz, əlaqələrimiz, planlarımız, söhbətlərimiz, şəkillərimiz, bir sözlə, bütün vacib ləvazimatlarımız mobil telefondadır. 

Hazırda dünyada 5 milyarddan çox mobil rabitə istifadəçisi var. Bu, bütün planet əhlisinin 66%-i deməkdir. Azərbaycanda isə demək olar ki, bütün əhali mobil rabitə ilə əhatə olunub. Onlar arasında gənclər üstünlük təşkil edir.

Nəzərə alaq ki, istənilən yeniliyə cavanlar daha çox həvəs göstərirlər. Eləcə də, mobil telefonda yeniyetmə və gənclər daha çox vaxt keçirirlər. Telefonların bütün funksiyalarını bilir, hər cür tətbiqetmələri sınayır, üstəlik, bildiklərini ətrafındakı böyüklərə də öyrədirlər. 

Mobil telefonun ən böyük üstünlüklərindən biri isə hər kəsə hava-su kimi lazım olan internetin daim cibinizdə olmasıdır. Yəni, evdə və ya ofisdə olmadıqda, kompüterə əl çatmayanda internet həmişə yanında olur. Digər tərəfdən, hər zaman onlayn olmaq istəyənlərin sayı günbəgün artmaqdadır. Statistikalar da göstərir ki, mobil telefondan daha çox internet üçün istifadə olunur.  

Dövlət Statistika Komitəsinin hesabatına görə, ölkə üzrə internet istifadəçilərin 25%-i məhz mobil internetdən istifadə edir. Azərbaycanda mobil internetdən istifadə edənlərin 75 %-i yaşı 35-ə qədər olanlardır. 

Bəs internetdə bu qədər müddət nə etmək olar? Xəbərləri oxudun, poçtunu yoxladın, bir-iki sayta baxdın, sonra? Sonrası bəllidir – sosial şəbəkələr. “We are social”in illik hesabatına görə, dünya əhalisinin 3 milyarddan artığı sosial şəbəkələrə mobil cihazdan daxil olur. Hər gün təkcə iki populyar şəbəkədən - “Facebook” və “İnstagram”dan 4 milyon mesaj, 100 milyona yaxın şəkil paylaşılır. 

Azərbaycanda interneti olanların 30%-i aktiv sosial media istifadəçisidir. Deməli, onlara ucuz və sərfəli internet paketi lazımdır. Azərbaycanın mobil operatorları müxtəlif təkliflər irəli sürür. Bunların arasında elə paketlər var ki, konkret məbləğə müəyyən həcmdə internet və üstəgəl sosial şəbəkələrdən istifadə imkanları təqdim olunur. 

Məsələn, 10 AZN-ə  500 danışıq dəqiqəsi ilə yanaşı, 2 GB-lıq internet və  sosial şəbəkələrdən pulsuz istifadə təklif olunur. İlk baxışdan, çox yaxşı təklifdir. Lakin bir qədər araşdırdıqda, burada “pulsuz” təkliflərin əslində havayı olmadığı üzə çıxır. Çünki paket çərçivəsində təqdim olunan 2 GB-lıq internet ancaq sosial şəbəkələrə sərf edilə bilər. Yəni “Facebook”, “WhatsApp”, “Twitter”, “İnstagram” və “Messenger”ə  2 GB sərf etdinsə, bundan sonra işlətdiyin trafikə görə əlavə pul tutulacaq. 

Digər tarifdə isə yalnız “WhatsApp” üzərindən yazışma pulsuz verilir. “İnstagram” və digər sosial şəbəkələrdən istifadə edərkən paketdən balans çıxır. 

Təkliflər arasında sərfəli tariflərə də rast gəlmək olur. Məsələn, həm internetdən, həm də sosial şəbəkələrdən çox istifadə edənlər üçün “CavanNar” tarifi sərfəli təklif ola bilər. “CavanNar” tarifi iki paketdən ibarətdir. “CavanNar9” üçün 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə, 500 tarifdaxili dəqiqə almaq mümkündür.

Və ən önəmlisi odur ki, burada ən çox istifadə olunan sosial şəbəkələr -  “Facebook”, “İnstagram”, “Twitter”lə yanaşı “Vkontakte” də əhatə olunub. 
“CavanNar 6” üçün isə 6 AZN ödəməklə 2 GB internet, 1GB sosial şəbəkələrdən pulsuz istifadə və 200 dəqiqə tarifdaxili danışıq vaxtı almaq olar. Bu paketlərdə təqdim olunan pulsuz internet vaxtından əvvəl bitsə, o zaman əlavə 500 MB və 1 GB-lıq internet sifariş etmək olar. Bu təklifləri təqdim edən isə “Nar”dır.

Azərbaycanda ən gənc mobil operator olduğunu xüsusi vurğulamaqla, bu tarifin gənclər tərəfindən xüsusilə bəyəniləcəyinə işarə edir. Amma tarifin adının “CavanNar” olmasına aldanmayın. Bu təklifdən istənilən yaş qrupunda olan abunəçi yararlana bilər. “CavanNar”ın təklifləri ilə daha ətraflı məlumatı mobil operatorun rəsmi saytından əldə etmək mümkündür. 

Xatırlatmaq yerinə düşərdi ki, “Nar” indi ölkədə ən geniş 4G şəbəkəsindən birinə malikdir. Yəni, şəbəkənin sürəti, keyfiyyəti barədə narahat olmağa dəyməz. Ölkənin istənilən yerində internetdən rahatlıqla istifadə etmək olar. 

Araşdırmamız nəticəsində isə deyə bilərik ki, Azərbaycanın rabitə bazarında internet istifadəçilərinin cibindən, tələbindən asılı olaraq  müxtəlif təkliflər irəli sürülür. Təbii ki, abunəçilər özləri üçün sərfəli olanları seçməkdə azaddır.

Bizim araşdırmamız isə anunəçilər üçün, xüsusilə də sosial şəbəkələrdən çox istifadə edənlər üçün ən sərfəli təklifləri təqdim etmək idi. Belə proqnozlar səslənir ki, yaxın illərdə internet çoxları üçün “only mobile” olacaq. Ümid edirik ki, o vaxta kimi ölkəmizdə mobil internet indikindən daha ucuz olar və bazarda əlverişli təkliflər çoxalar. 

Mobil rabitə bazarında digər sahələr ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik. (oxu.az)


Mobil operatorların internet təklifləri nə qədər sərfəlidir?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mossada bağlı sayt: Ayətullah Sistani bizim gizli və ən təhlükəli düşmənimizdir
    Mossada yaxınlığı ilə bilinən Debka Portalında yayımlanan bir analizdə Ayətullah Sistani Sionist rejimin varlığı üçün ən böyük təhlükə kimi göstərilib
     09.12.2019
    Həkimindən Şeyx Zəkzaki ilə bağlı açıqlama
    Şeyx Zəkzaki ilə bağlı mətbuat konfransı keçirilib.
     09.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ