Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:18.01.2022 12:51:09

"Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni, hörümçək sözü lüğətdən çıxarılmayıb".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu "hörümçək" sözünün 2021-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmasına və "spayder" sözü ilə əvəz olunmasına aydınlıq gətirib.

İslamazeri.com xəbər verir ki, M. Nağısoylu bildirib ki, spayder təkcə hörümçək mənasını vermir: “Spayder həm də “Yeni sözlər, yeni mənalar” lüğətinə əsasən, iki yerlik açıq (bəzən açılıb götürülə bilən) banlı avtomobil növünə deyilir. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni, hörümçək sözü lüğətdən çıxarılmayıb. Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var. Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb”.

Qeyd edək ki, bununla bağlı dilçi alim Qulu Məhərrəmli status paylaşıb. O bildirib ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.


Möhsün Nağısoylu "hörümçək" sözünün lüğətdən çıxarılmasının səbəbini açıqlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİM kolleclərə qəbul üçün sənəd verənlərə müraciət edib
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
     24.05.2022
    Bakıda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb
    Prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir ağır cinayətin üstü peşəkarlıqla açılıb.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ