EURO 1,8766 TRY 0,299
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:16.08.2019 14:04:58

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda islam bankçılığının inkişaf potensialının aşağı olduğunu qeyd edir.

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda islam bankçılığının inkişaf potensialının aşağı olduğunu qeyd edir.

"İnterfaks-Azərbaycan"ın verdiyi məlumata görə, "Moody's" mütəxəssisləri MDB ölkələrində İslam bankçılığının inkişaf perspektivləri barədə hesabatda bildirirlər ki, müsəlman əhalisinin çoxluğuna baxmayaraq, Azərbaycanda islam bankçılığının inkişaf perspektivləri zəifdir.

 Agentliyin analitiklərinin fikrincə, Azərbaycan hökuməti hazırda islam bankçılığının inkişafını planlaşdırmır, çünki onun diqqəti dünyəvi dövlətin və iqtisadiyyatın yaradılmasına köklənib.

"Hökumətə aid olan Azərbaycan Beynəlxalq Bankı "islam pəncərəsini" bağlayıb və ölkədə ixtisaslaşdırılmış islam bankı artıq yoxdur. 2018-ci ildə ölkə islam maliyyələşdirməsi üzrə qanunvericiliyin hazırlanmasında texniki köməyə dair İslam İnkişaf Bankı ilə razılaşma imzalayıb, lakin sektorun inkişafına qətiyyətli dövlət müdaxiləsi olmadan onun artması məhdud olacaq", - deyə agentliyin mütəxəssisləri bildirirlər.

İslam İnkişaf Bankı 1991-2018-ci illərdə Azərbaycana 1,387 milyard dollarlıq kredit ayırıb.


"Moody's": Azərbaycanda islam bankçılığının inkişaf potensialı aşağıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan ombudsmanı: “Azərbaycanlıların yüksək vəzifələrdə təmsilçiliyi minimal səviyyədədir”
    Ötən il də Marneulidə milli azlıq nümayəndələrinin yüksək vəzifələrdə təmsilçiliyi minimal səviyyədə olub.
     19.09.2019
    Ərdoğan gələn ay Azərbaycana səfərə gəlir
    Oktyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək
     19.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ