EURO 1,9978 NEFT 78,86
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:15.05.2018 13:30:59

Mübarək Ramazan ayı nə vaxt daxil olur?

"Bu gün 28 Şaban, sabah isə 29 Şabandır. Yəni sabah Ramazanın daxil olması mümkün deyil", - İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu sözləri Ayətullah Xameneinin ofisinə bağlı "Hilalın izlənməsinə nəzarət" edən qurumun rəisi höccətülislam Əlirza Müvəhhidnəjad bildirib.

Onun sözlərinə görə, böyük ehtimalla Ramazan ayının birinci günü cümə axşamı - 17 mayda olacaqdır. 

"Çox güman çərşənbə günü axşam saatlarında Ramazan ayının hilalını gözlə görmək mümkün olacaqdır (red: yəni böyük ehtimalla sabah ayın hilalını görüb, 17 maydan Ramazan ayının birinci gününün orucunu tutacağıq)", -deyə Müvəhhidnəjad əlavə edib.

Azərbaycanda da mübarək Ramazan ayı ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsi fətva verib. QMİ Ramazan ayının birinci gününü 17 may elan edib.

"Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaqdır. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.", - QMİ-nin yaydığı fətvada qeyd edilib.

Mərcəiyyətin bu haqda fətvaları olduğu təqdirdə İslamazeri.com yayımlayacaq. Bizi izləməyi unutmayın...

.


Mübarək Ramazan ayı nə vaxt daxil olur?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayəti İranın Avropadan təzminat tələb edəcəyindən danışdı
    İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Avropanın nvə sazişilə bağlı təzadlı açıqlamalarına görə İran tərəfindən təzminat tələb ediləcəyini bildirib
     21.05.2018
    Tbilisi bu gün - FOTO
    İslamazeri.com-un bu gün, 21 may 2018-də Tbilisidən hazırladığı kiçik fotoreportaj
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ