EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:01.08.2019 10:00:13

Müsavat Partiyasının Nərimanov təşkilatının sədri Namiq Niftiyev "profilaktik söhbət" üçün polisə çağırılıb

Müsavat Partiyasının Nərimanov təşkilatının sədri Namiq Niftiyev "profilaktik söhbət" üçün polisə çağırılıb. Bu barədə Turan-a məlumat verən Niftiyev bildirib ki, onu Nərimanov Rayon 18-ci polis bölməsinə çağıraraq bir neçə saat söhbət ediblər. O güman edir ki, polisə çağırılmasının səbəbi həbsdə olan Müsavat Partiyasının üzvü Azad Həsənova azadlıq tələbi ilə ayın 29-da keçirilmiş aksiyada iştirakı ilə bağlıdır. "Aksiyada saxlanıldım, çox güman ki, yaşayış yerim üzrə polisə məlumat göndəriblər və məni çağırdılar. Düzdür, polisdə bu barədə mənə deməsələr də, söhbətin məğzindən belə başa düşdüm".

Niftiyev əlavə edib ki, söhbət zamanı "ağıllı ol, yoxsa səni istirahətə göndərəcəyik" kimi ifadələr də işlənilib.

Nərimanov Rayon 18-ci polis bölməsindən Turan-a bildiriblər ki, məsələ ilə bağlı məlumatları yoxdur və Namiq Niftiyev adlı vətəndaş bölməyə dəvət olunmayıb.

Müsavat Partiyasının digər üzvü, Şəki təşkilatın sədri Bakıxan Qəribli Şəki Polis Şöbəsinə çağırılıb. O, Turan-a bildirib ki, özünü polis mayoru kimi təqdim edən Aqil Cəfərov adlı şəxs onun telefonuna zəng edərək şöbəyə dəvət edib.

Qəriblinin sözlərinə görə, polisə dəvət ona qarşı vətəndaşın şikayəti ilə bağlı olub. "Vətəndaş şikayətdə bildirib ki, mən onu ölümlə hədələmişəm, halbuki, belə bir hadisə baş verməyib. Bununla bağlı izahat yazdım və sərbəst buraxıldım. Lakin mənə bildirdilər ki,sabah da digər vətəndaşın şikayətilə əlaqədar şöbəyə getməliyəm".

Qəribli qeyd edib ki, partiyanın digər təşkilatlarının sədrlərinə qarşı da şikayətlər verilib və onlar polisə çağırılır. Siyasətçi bu çağırışları təsadüfi saymadığını vurğulayıb.

Şəki Rayon Polis Şöbəsindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.


Müsavatçılar polisə çağırılır?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistaninin mesajını onun Kərbəla təmsilçisi Əhməd əs-Safi cümə xütbəsindən sonra oxuyub.
     14.12.2019
    Britaniyada mühafizəkarlar ümumi seçkidə qələbə qazanıb
    Cümə axşamı Britaniyada keçirilən seçkilərdə ən çox səs almış Mühafizəkarlar Partiyası 326 yerlə böyük çoxluğu əldə edib.
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ