EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.07.2018 17:43:17

Avropanın 15 ölkəsində təxminən 25 min nəfər arasında sorğu keçirilib.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın nüfuzlu araşdırma mərkəzi “Pew” növbəti məruzəsini dərc edib. Adıçəkilən təşkilatın mütəxəssisləri bu dəfə Avropadakı islamofobiya və antisemitizm səviyyəsini təhlil ediblər.

Avropanın 15 ölkəsində təxminən 25 min nəfər arasında sorğu keçirilib. Sorğu iştirakçıları öz ölkələrindəki dini hüquqlarla bağlı vəziyyəti, əhalinin dini tədbirlərdə iştirak səviyyəsini, bir dinin digər bir dinə tolerantlığını və sairəni dəyərləndiriblər.

Araşdırmaçıların ən böyük marağına İtaliyadakı sorğunun nəticələri səbəb olub. Belə ki, bu ölkə əhalisinin 12 faizi açıq şəkildə bəyan edib ki, qonşuluqlarında yəhudi, 21 faizi isə qonşuluqlarında müsəlman görmək istəmirlər.

Avropada isə analoji göstəricilər 2 dəfə azdır. Niderland və Danimarka kimi ölkələrdə isə demək olar ki, sıfıra bərabərdir.

Bundan başqa, italiyalıların yarısından çoxu İslam dinini öz mədəniyyət və milli dəyərləri ilə uyuşmaz hesab edirlər. Konkret bu məsələdə Finlandiya sakinlərinin 62 faizi də araşdırmaçıları heyrətə salıb.


Müsəlman və yəhudiləri gözügötürməyən Avropa ölkəsi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil aldığı məktəbin 700 bal toplayan ilk məzunu
    “700 bal topladığımı biləndə inanmadım”.
     21.07.2018
    Çin: İrana qarşı olan birtərəfli sanksiyaların qəti əleyhinəyik
    Çin Ticarət Nazirliyi Pekin rəhbərliyinin İrana tətbiq ediləcək birtərəfli sanksiyalara qarşı olduğunu, İran ilə əməkdaşlığa davam edəcəklərini açıqlayıb.
     21.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ