1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:09.12.2019 12:14:45

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya Konfransı təşkil edilib.

İslamazeri.com "Rasthaber"ə istinadən xəbər verir ki, dekabrın 8-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya Konfransı təşkil edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan konfransda  çıxış edib.

  "İslam Əməkdaşlıq Təşkilatı əhalisinin 21 faizi, yəni 350 milyon adam həddindən artıq yoxsulluq şəraitində sağ qalmaq üçün həyatla ölüm arasında qalıb. Ən zəngin İslam ölkəsi ilə ən yoxsulu arasındakı gəlir fərqi isə 200 dəfəni keçir. Müsəlmanlar elə zəkatlarını versələr, İslam ölkələrində kasıb qalmaz.", -deyə Ərdoğan bildirib.

  Ərdoğan sözlərinin davamında deyib: "Türkiyə iqtisadiyyatının makro göstəriciləri və təməlləri son dərəcə güclü və sağlamdır. Qlobal ticarət müharibələri və maliyyə bazarlarındakı pul dalğalanmalarına qarşı risklərə hazır ölkələrin başında Türkiyə gəlir. Ölkəyə birbaşa sərmayələrin artması üçün nə lazımdırsa, imkanlar daxilində, maddi və mənəvi bütün dəstəkləri təmin edirik."

 Türkiyə prezidenti regional inkişaf mövzusunda  ölkələrlə yaşanılan siyasi gərginliklərin ticarət əməkdaşlığına mənfi təsir etməməsi üçün çox böyük həssaslıq göstərdiyini də önə çəkib.

  Ərdoğan sözlərinin sonunda deyib: "Dünyanın harasında olursa olsun, qardaşlarımızın dərdləri bizi də kədərləndirir. Albaniya 26 noyabrda 6,4 bal gücündə zəlzələ ilə üzləşdi. 500 bina tikmək üçün Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinə təlimat verdim. İslam ölkələrinin iqtisadi inkişafı və rifah səviyyələrinin artırılması üçün hazırki maddi və tarixi şərtlər son dərəcə əlverişlidir. Sizdən qardaş Albaniyanın yaralarının sarınması üçün tezliklə onlara bütün imkanlarınızla dəstək verməyinizi xahiş edirəm."


Müsəlmanlar zəkat versələr İslam ölkələrində kasıb qalmaz - Ərdoğan

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistan Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlanıb
    Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryanın oğlu oğurlanıb.
     28.01.2020
    Süleymaninin sui-qəsdində adı hallanan Maykl D'Andrea CİA əməkdaşları ilə birlikdə öldürüldü
    Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranda əməliyyatlarına rəhbərlik edən Maykl D'Andrea ABŞ təyyarəsinin Əfqanıstanda vurulması zamanı həlak olub
     28.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ