EURO 1,9967 NEFT 80,1
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:23.04.2018 13:13:56

Türkiyədə seçkilərin tarixinin dəyişməsi hazırki hökümət üçün yaxşı olmaya bilər

Bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. 18 pareldə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə keçirdiyi görüşdən sonra bəyanat veriblər. MHP təklifindən sonra Ərdoğan görüş keçirərək təklifi müsbət dəyərləndirib ve deyib: “Yeni idarəetmə üsuluna keçid zərurətə çevrilib. Dövlət Baxçalının təklifini partiyamızda geniş müzakirə etdik və müsbət qarşıladıq. Seçkinin 24 iyun 2018-ci ildə keçirilməsinə qərar verdik”.

 Suriya böhranı və bölgədə təhlükəsizliklə bağlı yaranan problemlərin də Türkiyədə qeyri-müəyyənliyin aradan qaldırılmasını zəruri etdiyini bildirən Ərdoğan bu seçkinin xalq və dövlət üçün xeyirli olmasını arzulayıb.

Ərdoğan ali seçki qurumunun dərhal seçki hazırlıqlarına başlayacağını da bildirib.

Lakin müxalifət də, bir araya gəlmə ehtimalı çoxdur və CHP, Səadət partiyası və HDP-nin "vahid namizəd" məsələsi gündəmdə duran məsələlərdəndir.

İslamazeri.com xəbər verir ki, Ərdoğanın seçkiləri 2019-cu il noyabr ayından, bu ilin iyun ayına təyin etdirməsilə bağlı Türkiyə müxalifəti "vahid namizəd"lə bir araya gəlmə ehtimalı günü-gündən çoxalır.

Belə ki, İslami kimliklərilə tanınan və dünya şöhrətli alim və dövlət xadimi mərhum Nəcməddin Ərbəkanın varisi - "Səadət Partiyası" və CHP arasında görüşlər davam etməkdədir.

Belə ki, CHP-nin əsas ofisində baş tutan görüşdə CHP lideri Kamal Kılıçdaroğlu ilə Səadət Partiyasının sədri Temel Karamollaoğlu bir araya gəlib. Karamollaoğlu görüşlə bağlı "Gözəl bir görüş keçirdik. Bu görüşlərimizin həftə içində bir sıra nəticələri olacaq. Pencəyimizi belə evdən alıb çıxarkən 15-20 dəqiqə vaxt sərf edilir, amma 2-3 dəqiqədə çıxırsan. İqtidar qurumları çətin duruma soxur. Hörmətli sədr və dostlarını təbrik edirəm. Potensiyalı çox olan İYİ partiyası seçkiyə girməmə problemi ilə üz-üzədir. Səs verən vətəndaş, səs vermək haqqını istifadə edəcək, başqa bir şey etməyəcək ki, bir araya gəlməyi məsləhət gördük", -deyə bildirib.

CHP lideri də görüşü yüksək dəyərləndirib.

O "Hörmətli sədr və dostları ilə müsbət toplantı keçirdik. 25 iyuna gülən bir Türkiyə ilə oyanacağıq. Siyasi bir iqtidarın özəl bir səy göstərməsi bizim qəbul edəcəyimiz şey deyil. Önümüzdəki seçkilər bir iki partiya problemi deyil, Türkiyə problemidir. Səadət partoyasının atdığı addımlar müsbət addımlardır, təqdir edirik", -deyə qeyd edib.

Görüşdən sonra medianın Səadət Partiyasının sədri Temel Karamollaoğluya ünvanladığı "Abdulla Gülün vahid namizədliyi" haqqında suala "bu suallarınıza bir həftə içində cavab tapacaqsınız" deyə cavab verib.

HDP kürd partiyası da Gülün namizədliyini dəstəkləyə bilər. 

HDP Diyarbəkir millət vəkili Ziya Pir bununla bağlı Rudav telekanalına açıqlama verib. O "Seçkilərdə Abdulla Gülün namizəd olması durumunda onu dəstəkləyəcəksinizmi?" sualına "Abdulla Gülün namizədliyini dəstəkləməyimiz üçün təlbə var. Dolayısı ilə Ərdoğana qarşı onu dəstəkləyə bilərik", - deyə cavab verib.

O həmçinin seçkilərdə HDP-nin namizədi partiyanın həmsədri Səlahəddin Dəmirtaş olduğunu da qeyd edib.

Qeyd edək ki, növbədənkənar seçkilər  hakim "AK parti" və milliyətçi MHP tərəfindən qəbul edilib və təsdiqlənib. MHP-nin hökümətə yaxınlaşması MHP-də parçalanmalara səbəb olub və Meral Akşener ötən ilin oktyabrında İYİ parti adı ilə yeni partiya açdığını elan edib.

 


Müxalifət bir araya gəlir; Ərdoğana qarşı vahid namizəd Abdulla Gül ola bilər - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avtomobillərdə siqaret çəkmək qadağan olunsun - TƏKLİF
    Millət vəkili Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.
     24.09.2018
    BMT-dən həyəcan təbili: Yəmənlilər aclıqdan yarpaq yeyirlər
    “Biz insanların başqa yeməklərinin olmadığı üçün yarpaq yediyinin şahidiyik”
     24.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ