EURO 1,8962 TRY 0,2805
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.05.2019 20:35:42

"Müsəlman Birliyi" hərəkatının həbs cəzası çəkən fəalı Abbas Hüseynovun səhhəti kəskin pisləşib.

"Müsəlman Birliyi" hərəkatının həbs cəzası çəkən fəalı Abbas Hüseynovun səhhəti kəskin pisləşib. Bu barədə onun bacısı Sevinc Hüseynova bildirib.

Onun sözlərinə görə, fəal DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaq zamanı, daha sonra Qobustan həbsxanasında məruz qaldığı işgəncələrin nəticələrindən əziyyət çəkir.

"Abbasın uzun müddətdir ayaqları şişir, iltihabdan sonra qızdırması qalxıb. Vəziyyəti çox ağırdır, amma onu müalicə müəssisəsinə köçürmürlər", deyə Hüseynova bildirib.

Yanvarda qardaşı Qobustan həbsxanasında ağır işgəncələrə məruz qoyulub, bundan sonra ayağında ciddi travma yaranıb.

"Bakı İstintaq Təcridxanasına gətirildiyində onun ayağı şişmiş və qaralmışdı. Oradan onu gizlicə müalicə müəssisəsinə köçürüblər və əməliyyat ediblər. Abbas bir qədər yaxşılaşdıqda onu 8 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Amma indi onun ayağı yenə şişib və qızdırması qalxıb və o, ayaq üstündə dayana bilmir", deyə Hüseynova bildirib.

"Vəkilləri kənarlaşdırırlar. Əvvəlcə Yalçın İmanovu kənarlaşdırdılar, indi də Fariz Namazlını cəzalandırmaq istəyirlər. Bizə kömək edəcək vəkil tapa bilmirik", deyə Hüseynova bildirib. O, mayın 13-də Ombudsman Aparatına müraciət edib.

Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsində Hüseynova zəruri tibbi yardımın göstərilmədiyi haqqında iddianı təkzib ediblər. Müalicə müəssisəsinə köçürülmə qərarları həkimlərin rəyləri əsasında qəbul edilir, deyə xidmətdən bildiriblər. Amma Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Abbas Hüseynov 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində xüsusi əməliyyat zamanı həbs edilib, sonradan 20 il müddətinə azadlıqdan məhrum edilib. (Turan agentliyi)


Nardaran işi üzrə həbs edilmiş şəxsin səhhəti pisləşib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İndoneziya xalqı prezidentini seçib
    İndoneziyanın hazırki prezidenti Coko Vidodo ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.
     21.05.2019
    İmam Həsənin (ə) mövlud günüdür
    Bu gün Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Həzrəti Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı həzrəti Həsənin (ə) mövlud günüdür.
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ