1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.07.2019 11:19:29

2015-ci ilin noyabrında baş vermiş Nardaran hadisələrinə görə həbs edilmiş Əliəsgər Cabbarov azadlığa çıxıb.

2015-ci ilin noyabrında baş vermiş Nardaran hadisələrinə görə həbs edilmiş Əliəsgər Cabbarov azadlığa çıxıb.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Rəsul Cəfərov məlumat verib.

Əliəsgər Cabbarov 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun cəzası bitdiyi üçün azadlıqdadır.

Yerli hüquq müdafiəçiləri Əliəsgər Cabbarovu siyasi məhbus kimi tanıyıb.

 

Xatırlatma

 

Rəsmi məlumata görə, Cabbarovların həyətindəki tikilidən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş "Karabin" markalı tüfəng, 1 ədəd "RQD-5" qumbarası və 1 süngü-bıçaq götürülüb.

Əliəsgər Cabbarova CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham irəli sürülüb və o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Cabbarovun yaxınları isə ittihamın yalan olduğunu bildirirlər.

2015-ci il noyabrın 26-da polis Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib.

Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir. Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40-dan çox adama daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırova 20 il, digərlərinə isə 10 ildən 20 ilə kimi həbs cəzası verilib.

 

AzadlıqRadiosu


Nardaran məhbusu azadlığa çıxıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ