EURO 2,0061 TRY 0,232
USD 1,7 RUB 0,0231
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:27.06.2019 12:26:33

Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.

Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 200 nəfər Azərbaycan vətəndaşı 2019-2020-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə 200 nəfər, o cümlədən 18 nəfər PhD (istənilən maraq dairəsində), 166 nəfər magistratura, 16 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. 

Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.

Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, University of Szeged, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” və digərləri ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 2018-ci il noyabrın 23-də elan verilib.


Nazirlik: 200 azərbaycanlı tələbə Macarıstanda təhsil alacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda əcnəbi seriallara qoyulan qadağa ləğv olundu, lakin şərti var...
    Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
     13.08.2020
    Ruhani Ərəb ölkələrinə: Biz olmasaydıq Səddam sizi yeyərdi
    Ruhani Fars körfəzi Əməkdaşlıq Şurasının İrana qarşı silah embarqosunun uzadılması istəyinə cavab verib
     13.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ