Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.05.2022 11:33:59

Müdafiə Nazirliyi avtoxuliqanlıq hərəkətləri edən əsgərlə bağlı məlumatlara aydınlıq gətirib.

Nazirlikdən "İslamazeri.com"a bildirilib ki, "N" nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib.

"Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.

Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycanın qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib".

Qeyd edək ki, Ə.Məlikov törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşıb.


Nazirlik avtoxuliqanlıq hərəkətləri edən əsgərlə bağlı məlumatlara aydınlıq gətirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
    Bu barədə Energetika Nazirliyindən nməlumat verilib.
     4.07.2022
    Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
    Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
     4.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ