EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:17.07.2017 13:05:20

İndiyədək lizinqə götürülmüş kənd təsərrüfatı texnikasına 116 milyon manatdan çox güzəşt tətbiq edilib.

Kənd Təsərrüfatı Nazirliyindən İslamazeri.com-a verilən məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədov Şamaxıda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb. Qeyd olunub ki, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarından olan 21 istifadəçiyə lizinq yolu ilə verilmiş ümumilikdə 351 min 070,0 manat məbləğində 28 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 140 min 428,0 manat məbləğində güzəşt tətbiq edilib.

Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 5 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb və müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyədək 7740 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 16 min 717 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 116 milyon 034 min 668,75 manat məbləğində güzəşt tətbiq edilib.

Həmin gün H.Əsədov Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin yeni gətirilmiş avadanlıqları ilə tanış olub, həmçinin Müfəttişliyin təşkil etdiyi səyyar xidmət zamanı Şamaxı, Ağsu, İsmayıllı və Qəbələdən olan 60-a yaxın mexanizatorun sürücülük vəsiqələrinin dəyişdirilməsi və texnikaların qeydiyyata alınması da həyata keçirilib.


Nazirlikdən 116 milyon manatlıq güzəşt

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Katolik dünyası parçalanır? - Bir dəstə xristian Papanı mürdət elan etdi
    Roma Papası baxışlarına görə tənqid edilib.
     25.09.2017
    Beynəxalq təşkilat bu ilin martında Rəqqa şəhərində baş tutmuş raket hücumlarında 84 dinc sakinin öldüyünü bildirib.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ