EURO 1,909 TRY 0,248
USD 1,7 RUB 0,0241
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:25.05.2019 12:46:18

Baş qərargah rəisi Nəcməddin Sadıkovun adamları sayılan şəxslər ordudan azad edilib.

Baş qərargah rəisi Nəcməddin Sadıkovun adamları sayılan şəxslər ordudan azad edilib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun dəftərxana rəisi general-mayor Aleksandr Vasyak və baş qərargah rəisinin birinci müavini kimi yaşı ilə əlaqədar ordudan təxris olunmuş, dərhal sonra Koordinasiya İdarəsinə rəis təyin edilmiş general-leytenant Eyvaz Cəfərov işdən azad olunublar.

Adı çəkilən şəxslər yaşları ilə əlaqədar ordu sıralarından azad edilsələr də, sonradan hərbi vəzifələrdə mülki şəxs kimi çalışıblar.

Yeri gəlmişkən, bu gün Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun doğum günüdür. 1956-cı il may ayının 24-də anadan olan Nəcməddin Sadıkovun 63 yaşı tamam olur. Bu da o deməkdir ki, o, artıq yaşı ilə əlaqədar ordu sıralarından azad edilməlidir.

Nəcməddin Sadıkovu yalnız Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncamla vəzifəsində saxlaya bilər. Belə ki, qaydaya görə, 63 yaşı tamam olmuş şəxsləri hər dəfə bir il artırmaqla, iki dəfə eyni vəzifədə saxlamaq mümkündür.

Yaxın günlərdə prezident İlham Əliyevin Nəcməddin Sadıkovla bağlı sərəncam imzalayacağı gözlənilir. Ancaq bu sərəncamla hazırkı Baş qərargah rəisinin vəzifədən azad ediləcəyi, yoxsa yenidən bir il vəzifədə saxlanılacağı bilinmir.

Nəcməddin Sadıkova yaxın adamların ordu sıralarından azad edilməsi, onun da vəzifədə qalmayacağı kimi dəyərləndirilir.


Nəcməddin Sadıkov pensiyaya göndərilir? - General barədə qərar anı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsveçin XİN rəhbəri Fələstin mövzusunda İsrailə qarşı çıxdı
    Riskin davam etdiyini ifadÓ™ edÓ™n Linde bildirib ki, ilhaq planı beynÓ™lxalq hüquq normalarına ziddir.
     04.07.2020
    Liberallar amerikalıları çox tənbəl hesab edir
    Bu fikirləri İmmiqrasiya Araşdırmaları Mərkəzi araşdırıb
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ