Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.05.2022 10:36:19

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən Neftçala-Kürkənd-2N-li Mayak marşrutu üzrə 19 km uzunluğa malik avtomobil yolunu yenidən qurur.

İslamazeri.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün yolboyu torpaq, qazma, yolun profilə salınması işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsi isə 6 metrdir.

Mövcud borular yararsız vəziyyətdə olduğu üçün “İnşaat Norma və Qaydaları”na əsasən yolboyu suların ötürülməsini təmin etmək məqsədi ilə yenilərinin quraşdırılması, boru başlıqlarının tikilməsi işləri də görülür. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.

Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün yol nişanları, km göstəricilərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi və dayanacaqların qoyulması nəzərdə tutulub.

 

 

Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanın xarici işlər naziri İrana rəsmi səfər edib
    Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
     4.07.2022
    Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
    Bu barədə Energetika Nazirliyindən nməlumat verilib.
     4.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ