EURO 1,9105 TRY 0,2915
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.10.2018 15:12:03

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı oktyabrın 12-də inzibati qaydada 30 sutka həbsə məhkum edilib.

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı oktyabrın 12-də inzibati qaydada 30 sutka həbsə məhkum edilib. 

Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı bildirib ki, Nemət Pənahlı oktyabrın 12-də günorta saatlarında evdən çıxıb və axşama qədər ondan xəbər ala bilməyib.

“Axşam evə gəlmədiyini görəndə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng etdim, Nəsimi Rayon Polis İdrasəinin 21-ci Polis Bölməsindən əlaqə saxlayıb dedilər ki, o 30 sutka həbs olunub”.

H.Pənahlının sözlərinə görə, N.Pənahlı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq) maddəsilə ittiham edilib.

H.Pənahlı hesab edir ki, polislər N.Pənahlını günorta saatlarında evinə gələrkən saxlayıb, çünki, avtomobili həyətdə olub.

Bununla yanaşı, ailə üzvləri və hüquq müdafiəçiləri Nemət Pənahlının həbsinin səbəbləri ilə bağlı hər hansı məlumata malik deyil.

“Dünən günorta saat 12.00-dan Nemət Pənahlıdan xəbər alınmayıb. Ailəsi yalnız saat 20.00-dan hadisənin fərqində olub və axtarışlara başlayıb. Yalnız 102-yə müraciət edəndən sonra Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bbölməsinin növbətçi hissəsindən Ramin Salmanov zəng edərək Nemət Pənahlının Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olunduğunu və Binəqədi müvəqqəti saxlama təcridxanasına göndərildiyini deyib. Nemət Pənahlı İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə həbs olunub. Bu, hakimiyyətin yeni "kəmərsıxma" əməliyyatı deməkdir. Nə etmək istəyirlər, anlaşılmır”, hüquq müdafiəçisi Əvəz Zeynnallı facebook səhifəsində yazıb.

N.Pənahlının həbsinə rəsmi qurumlar hələ münasibət bildirməyib.

Nemət Pənahlı 1988-ci ildə Bakının Azadlıq meydanında keçirilən nümayişlərin aparıcısı olub.

O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Pənahlı itthamların siyasi sifariş olduğunu bildirib.

O, 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılıb.(Amerikaninsesi)


Nemət Pənahlı həbs olunub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İndiyədək AÇG-dən 481 mln.tondan çox neft hasil edilib
    İşlənmənin əvvəlindən (1997-ci il) bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 481,1 mln. ton neft və 156,2 mlrd. kubmetr qaz hasil olunub.
     22.04.2019
    Meriya rəsmiləri vətəndaşlarla görüşəcək - CƏDVƏL
    Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilir.
     22.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ