EURO 2,0981 NEFT 74,06
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:17.07.2017 11:26:23

İsrail rejimin Baş naziri Suriyadakı atəşkəslə bağlı dilə gəldi.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin Baş naziri Binyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra Rusiya və ABŞ arasında əldə olunmuş razılığa qarşı çıxdığını dilə gətirib.

Qeyd edək ki, həmin sazişə əsasən Suriyanın cənubunda atəşkəs əldə olunub.

Netanyahu qeyd edib ki, İsrail rejimi atəşkəs planının qəti əleyhdarıdır.

Məsələ ilə bağlı anonimlik şərti ilə açıqlama verməyə razı olan yüksəkvəzifəli israilli məmur bildirib ki, İsrail, İranın Suriyadakı mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirmək niyyətində olduğunu başa düşür.

O vurğulayıb ki, İran Suriyaya daha böyük hərbi kontingentin göndərilməsində maraqlıdır. Həmin planlara əsasən, rəsmi Tehran Suriyaya öz hərbi təyyarə və gəmilərini göndərə bilmək üçün orada hava və dəniz bazası qurmaq niyyətindədir.

“Bu isə regionun hazırkı mənzərəsinin dəyişməsinə səbəb olacaq.”, - deyə o əlavə edib.

Xatırladaq ki, atəşkəs rejimi Suriyanın cənub-qərbində yerləşən Dəra, Kunəytra və Suvəyda əyalətlərində iyul ayının 9-dan qüvvəyə minib.

Daha əvvəl, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Suriyadakı 2-ci atəşkəs razılaşmasının üzərində də işlər aparılır. Makron isə öz növbəsində qeyd edib ki, Fransa daha Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını mühüm və zəruri şərt olaraq görmür.


Netanyahu öz məkrini gizlədə bilmədi: Suriyadakı sülhə qarşıyıq!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sığorta şirkəti Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
    “A-Qrup Sığorta Şirkəti” ASC Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
     21.04.2018
    Yəmən
    Yəmən müqaviməti "Ənsarullah" hərəkatı Səud rejiminə məxsus nöqtələri bombalayıb
     21.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ