EURO 2,0981 NEFT 74,06
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.01.2018 10:11:10

Daha sonra o twitter hesabında əvvəlki fikrinə “düzəliş edərək” deyib...

Niderlandda ultrasağçı partiya sədri Xenq Van Din ölkədəki məscidləri yandırmaqla bağlı çağırış edib. 


İslamazeri.com “Dutch News” –a istinadən xəbər verir ki, bu bəyanatla o rəhbərlik etdiyi partiyanı problemlə üz-üzə qoyub.

Partiya sədrinin anti-islam bəyanatına seçkilərdəki digər namizədin məscidlərlə bağlı müsbət çağrışı səbəb olub.

Belə ki, qarşı partiyanın namizədi Utrext şəhərindəki məscidi İkinci Qürur qülləsi adlandırıb. Bunun əksinə olaraq teledebat zamanı Xenq Van Din məscidlərin yandırılmasının tərəfdarı olduğunu bildirib.

Aparıcının ona "sözlərinizdə dəyişiklik etmək istəyirsiz?" sualına cavab olaraq ultrasağçı partiya rəhbəri bildirib ki, "biz bütün məscidlərin əleyhinəyik və düşünürük ki, onlar yandırılmalıdır."

Daha sonra o twitter hesabında əvvəlki fikrinə “düzəliş edərək” deyib “biz məscidlərin yandırılmasının deyil bağlanmasının tərəfdarıyıq. Güc qəbul edilməzdir.”

Qeyd edək ki, sözü gedən partiya bu ilin mart ayında keçiriləcək seçkilərdə aparıcı qüvvələrdən biridir.

Xatırladaq ki, radikal sağçı partiyalar son illərdə Avropa ölkələrinə miqrasiya krizisini islamfobiya istiqamətində istifadə edirlər.


Niderlandda ultrasağçı partiya sədri məscidləri yandırmaqla bağlı çağırış edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sığorta şirkəti Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
    “A-Qrup Sığorta Şirkəti” ASC Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
     21.04.2018
    Yəmən
    Yəmən müqaviməti "Ənsarullah" hərəkatı Səud rejiminə məxsus nöqtələri bombalayıb
     21.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ