EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:17.02.2020 12:29:41

İranlı turistlər yalnız Bakı şəhərinə səfər etməklə kifayətlənmirlər.

 İslamazeri.com xəbər verir ki, bu il Novruz bayramında Tehranla yanaşı Təbriz, Məşhəd və İsfahan şəhərlərindən də Bakıya çarter reysləri təşkil olunacaq. Bu haqda İranın “Aysan pərvaz” turizm şirkətinin baş direktoru Seyid Məhəmməd Mirrezayi verib.

O bildirib ki, ötən il şirkət 25 min nəfərin Azərbaycana səfərini təşkil edib. Qarşıdan gələn Novruz bayramında isə İrandan Azərbaycana 15 mindən çox turistin səfəri planlaşdırılıb.

Şirkət rəhbəri Azertac-a müsahibəsində bildirib ki, Azərbaycan İranın ən yaxın qonşusudur və dövlətlərimiz arasındakı qarşılıqlı münasibətlərin inkişafı turizmin də inkişafına təkan verir. Xalqların qohumluq əlaqəsi, eyni milli və dini dəyərlərə malik olması İran turistlərinin Azərbaycana səfərlərini şərtləndirir. Onun sözlərinə görə, indiyə kimi heç bir turist Azərbaycandan narazı qayıtmayıb.

İranlı turistlər yalnız Bakı şəhərinə səfər etməklə kifayyətlənmirlər.

“Aysan pərvaz” şirkətinin Bakıda “Bakı star” filialı fəaliyyət göstərir. Filial Bakıda səfərdə olan turistlərin Azərbaycanın rayonlarına səfərlərini təşkil edir. Turistlər Qəbələyə, Xınalığa, Nabrana və digər görməli və gəzməli məkanlara aparılır.

Gələcək planlarından danışan S.M.Mirrezayi Naxçıvan Muxtar Respublikasına da çarter reyslər təşkil etmək niyyətində olduqlarını da bildirdi. Hazırda bu istiqamətdə iş aparılır. Eyni zamanda, Azərbaycandan İrana turist səfərlərinin təşkil edilməsi üçün də planlar mövcuddur. Baş direktor onu da nəzərə çatdırdı ki, Bakının gözəlliyi, tarixi abidələrlə zəngin olması və insanların qonaqpərvərliyi iranlı turistlərin diqqətini daha çox cəlb edir. 


Novruz Bayramı ərəfəsində Tehran, Təbriz, Məşhəd və İsfahandan Bakıya çarter reysləri başlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020
    Azərbaycanda 17 yeni koronavirus xəstəsi aşkarlandı, 1 nəfər dünyasını dəyişdi
    Azərbaycan Respublikasında 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ