EURO 1,8907 TRY 0,2924
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:02.08.2019 12:24:02

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində mətbuat konfransı keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Mərkəz artıq xarici tərəfdaşları ilə bir neçə memorandum imzalayıb və əməkdaşlığı genişləndirmək niyyətindədir.   

Onun sözlərinə görə, Mərkəzin başlıca hədəflərindən biri Azərbaycanla, əsasən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmaların sayını artırmaqdır. 

 F. Şəfiyev deyib ki, ölkədə erməni dilli mütəxəssislərə böyük ehtiyac var və Mərkəzdə ermənişünaslıq bölməsinin açılması planlaşdırılır: “Bəzi ali təhsil müəssisələrində erməni dilinin tədris edilməsinə baxmayaraq, erməni dilli mütəxəssislərlə bağlı vəziyyət hazırda qənaətbəxş deyil. Araşdırmalar zamanı dili bilən mütəxəssislərə ehtiyac duyulur".

İdarə Heyətinin sədri qeyd edib ki, Mərkəzin fəaliyyətinə könüllülər və təcrübəçilər də cəlb ediləcək, həmçinin xarici mütəxəssislərə təqaüdlərin verilməsi də nəzərdə tutulur.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sahəsində araşdırmalar lazım olan standartlara cavab vermir. Mərkəzin başlıca məqsədlərindən biri məhz bu münaqişə ilə bağlı yüksək səviyyəli araşdırmalar aparmaqdır. Bu mərkəzi açıq bir platforma kimi görürəm. Biz ölkədə mövcud olan digər düşüncə mərkəzləri ilə də əməkdaşlıq etmək istəyirik”, - F. Şəfiyev vurğulayıb.

Mətbuat konfransında həmçinin Mərkəzin yeni loqosu - "AİR Center" təqdim olunub. Bildirilib ki, Mərkəz loqoda qeyd olunan "AİR Center" adı ilə dünyada tanınmağı hədəfləyir.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu il fevralın 6-da Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.


Ölkədə erməni dilli mütəxəssislərə böyük ehtiyac var - Fərid Şəfiyev

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ