1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:20.11.2019 12:33:46

Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb

İslamazeri.com xəbər verir ki, noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb. Onun həyat yoldaşının Turan-a verdiyi məlumata görə, həkimlər ona heç bir izahat verməyib.

"Həkimlər heç bir proqnoz vermir, nə müsbət, nə də mənfi. Oqtay hələ də komadadır", deyə o bildirib.

Xatırladaq ki, Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları maşının açıq-aşkar hüquq müdafiəçisinin üstünə sürülməsini qərəzli hesab ediblər. Bakıda özəl xəstəxanada onu gecikmə ilə əməliyyat ediblər, bu da onun onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırıb.

Üç gün sonra Heydər Əliyev Fondu Gülalıyevin müalicəsini öz üzərinə götürüb, onu İstanbulun "Avrasiya" klinikasına göndərib. Amma bu klinikada müalicə səmərəsiz olub və həyat yoldaşının xahişi ilə noyabrın 19-da Gülalıyev "Amerika Xəstəxanası"na köçürülüb.


Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ