1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:04.11.2019 10:28:18

Firuzə Gülalıyevanın bildirdiyinə görə, o, noyabrın 3-də həkim Arif Xasıyevlə danışıb.

“Oqtay Gülalıyevin hazırkı vəziyyətində nə geriləmə var, nə də irəliləyiş. O, hələ də komadadır”.

Bu açıqlamanı Azadlıq Radiosuna bu gün, noyabrın 3-də Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva verib.

Firuzə Gülalıyevanın bildirdiyinə görə, o, noyabrın 3-də həkim Arif Xasıyevlə danışıb:

“Arif həkim dedi ki, əllərindən gələni edirlər, hələlik, xüsusi dəyişiklik yoxdur, Oqtay bəy komadadır”.

Xatırlama

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.

Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan video görüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oktay Gülalıyevi xəstəxanaya çatdırıb.

Oktay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan "City Hospital"a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

O həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların bildirdiyinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.


“Oqtay Gülalıyevin vəziyyətində nə geriləmə var, nə də irəliləyiş”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ