1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:06.11.2019 09:54:06

ADP sədrinin sözlərinə görə, dövlətin səhiyyə siyasətində ciddi dəyişikliklər etməsinə ehtiyac var

“Səhiyyə sistemində yaranmış vəziyyət nazirin işdən çıxarılması ilə düzəlməyəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin səhiyyə sistemindəki mövcud vəziyyəti dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlu deyib.

ADP sədrinin sözlərinə görə, dövlətin səhiyyə siyasətində ciddi dəyişikliklər etməsinə ehtiyac var:

“Azərbaycanda həm dövlət, həm də özəl tibb müəssələrində pullu xidmət var. Ölkə Konstitusiyasında vətəndaşların hüququ faktik olaraq, pozitiv deyil, neqativ hüquqdur.

Yəni vətəndaşın sağlamlıq hüququ onun maliyyə imkanları ilə müəyyən edilirsə, bu, artıq hüquq olmur.

Məsələn, bir nəfər yolla gedəndə maşın vurur, sürücünün də maddi imkanı yoxdur. İndi o maşln vuran vətəndaş pul vermədiyi üçün ölməlidir?

Oqtay Şirəliyev səhiyyəni məhv edib. Bununla yanaşı, dövlətin səhiyyə siyasəti ciddi surətdə dəyişdirilməlidir”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, səhiyyədəki problemlər vətəndaşı dövlətdən narazı salan əsas məsələlərdən biridir:

“Hərdən düşünürəm ki, bəziləri qəsdən belə bir siyasət aparırlar ki, vətəndaşla dövlət arasında uçurum daha da dərinləşsin.

Bəli, vətəndaşın dövlət qarşısında öhtəlikləri var. Ancaq dövlətin vətəndaş qarşısında heç bir öhtəliyi yoxdur. Azərbaycan vətəndaşı ilə dövləti sanki bir-birinə yaddır.

Ona görə də, bəzi adamlar ruspərəsət, qərbpərəst, daha “nə pərəst” olurlar.

Türkiyədə vətəndaşlar dövlət üçün hər şeylərini verməyə hazırdırlar. Çünki bilirlər, onların malik olduğu hər şey dövlətlə bağlıdır.

Azərbaycanda bir çox insanlar deyir, dövlət mənə nə verib ki? Bunu deyən insan dövlətə heç nə verməz. Ona görə də, rüşvət və korrupsiya bu həddədir.

Azərbaycanda təhsil, sağlamlıq, mənzil kimi problemlər dövlət tərəfindən həll olunarsa, vətəndaşlar dövlət üçün hər şeylərini verərlər”.


“Oqtay Şirəliyevi işdən çıxarsalar da...” - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİN AXCP fəalı ilə bağlı açıqlama yaydı
    Mayın 29-da Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib.
     30.05.2020
    Washingtonpost: Trampın sanksiyaları uğursuzdur; İran və Venesuela bunu isbat etdi...
    ABŞ mediası Venesuela sahillərinə İran neft tankerlərinin gəlməsini təqdir edən məqalə hazırlayıb.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ