1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:15.09.2018 11:54:16

Son günlər orta məktəblərdə dini dərslərin salınacağı ilə bağlı müzakirələr aparılır.

Son günlər orta məktəblərdə dini dərslərin salınacağı ilə bağlı müzakirələr aparılır.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə, eləcə də insanlar arasında belə bir söhbətlər gəzir. Deyirlər ki, ölkədə icbari təhsildə dini biliklərin verilməsilə bağlı qərar veriləcək.

Hətta bildirilir ki, orta məktəblərdə dini dərslərin salınması ilə bağlı Təhsil Nazirliyində müzakirələr aparılıb.

Müzakirələrin nəticəsi necə olacaq?


Məsələ ilə bağlı Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə bildirdi ki, hazırda orta məktəb dərsliklərində dini biliklər kifayət qədər tədris olunur.


Bu səbəbdən də, tədrisə əlavə olaraq din fənlərinin salınması barədə heç bir qərar yoxdur. 

“Hazırda “Həyat bilgisi” dərsliyində dinlə bağlı kifayət qədər məlumatlar verilir. Həmin dərslikdə digər dinlərlə yanaşı İslamla da əlaqədar lazımı informasiyalar qeyd edilir”, - deyə Cəsarət Valehov bildirib.

Bəs Azərbaycanda orta məktəblərdə ayrıca dini dərslərin salınmasına ehtiyac varmı?

Suala cavab tapmaq üçün ilahiyyatçılarla söhbətləşdik. 

Azərbaycanlı ilahiyyatçı - din xadimi; “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli isə BAKU.WS-ə açıqlamasında bildirib ki, bütün ölkələrdə belə bir praktika var.


“Din haqqında məktəblərdə bilgilər verilə bilər. Bütün dinlərdən məlumatlar verilə bilər. Bununla da, uşaqlar dinlə tanış olur, bu sahədə biliklər qazanır.

Bu bilgilərin verilməsi insanların gələcəkdə radikal cərəyanların təsirindən qoruya bilər. Ona görə də, orta məktəblərdə ümumi din haqqındə məlumatların verilməsi mümkündür”. – deyə Hacı Şahin. bildirib

Azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli BAKU.WS-ə açıqlamasında bildirib ki, dünyəvi ölkələrdə orta məktəblərdə dinin tədris olunması müəyyən həddə qədər olur.


Azərbaycan dünyəvi bir dövlətdir. Azərbaycanda dövlət və din münasibətləri tənzimlənir. Orta məktəblərdə dinlə bağlı xüsusi bilgilər qoyulub. Məncə bu kifayət edər.

İslam dini nədir? Artıq bu tədris olunur. Təhsil Nazirliyinin bazasında bu var. Peyğəmbərimiz (s) kim olub. Qurani-Kərimlə bağlı ümumi məlumat öyrədilir.

Digər dinlərə münasibət haqqında məlumatlar qeyd edilir. Bu barədə kifayət qədər məlumatlar var. Dərsliklərimizdə yazılan bu bilgilər şagirdlər üçün kifayət edər. Kim əlavə bilgilər istəsə, bu onun şəxsi istəyindən asılıdır. Bu zaman həmin şəxs övladını mədrəsələrə, sırf dini bilgi verilən müəssisələrə apara bilər”, - deyə dini xadi qeyd edib.

 

İslamazeri.com


Orta məktəblərdə dini dərslərin tədrisinə başlanılır?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə-Rusiya razılığına Nəsrullahdan REAKSİYA
    "Hizbullah" lideri Nəsrullah İdlibə dair müqavilənin yaxşı və məqbul olduğunu deyib.
     22.09.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ