1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.01.2018 17:08:08

2017-ci il ərzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə daxil olmuş müraciətlərə baxılması, hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu işi Azərbaycan Respublikasının Konstitusiyasına, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunlarına və Mü­dafiə nazirinin müvafiq əmrlərinə əsasən həyata keçirilib.

İslamazeri.com Lent.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti və idarəetmə orqanlarından, nazirliklərdən, ictimai təşkilatlardan və vətəndaşlardan Müdafiə Nazirliyinə daxil olmuş 50 minədək müraciət qanunvericiliklə müəyyən olunmuş qaydadaaidiyyəti üzrə nazirliyin baş idarə, idarə və xidmətlərində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb.
Müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diq­qət­lə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq təd­birlər həyata keçirilib, həmçinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial mü­dafiəsinin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanları və müvafiq qu­rum­lar­la əlaqələr yaradılıb.
Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və elektron xidmətin təşkili məqsədilə Müdafiə Nazirliyinin “mod.gov.az” rəsmi internet səhifəsinin “Müraciətlər” bölməsində Nazirliyin rəhbər şəxslərinin qəbul günləri, vaxtı, yeri və əlaqə telefonları, eləcə də “[email protected]Ğ°z” elektron poçt ünvanı göstərilib.
Və­təndaşlar “Müraciətlər” bölməsinə daxil olaraq onları maraqlandıran 5 minədək sual, tək­lif, sorğu və şikayəti internet vasitəsi ilə Müdafiə Nazirliyinə ünvanlayıb. Müraciət­lə­rin qəbul olunması barədə vətəndaşlara dərhal məlumat verilib, on­ların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin edilib. Bundan əlavə, nazirliyin 912 nömrəli “Qaynar xətt”inə daxil olan müraciətlər araşdırılaraq bir qismi operativ olaraq həll edilib, digərləri isə müvafiq qaydada icra olunub.
2017-ci il ərzində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində, eləcə də hərbi hissə və xüsusi təyi­natlı təhsil müəssisələrində təyin olunmuş günlərdə və saatlarda 2 min nəfərdən artıq vətəndaşın qəbulu keçirilib. Qəbul zamanı da­xil olmuş müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.

2018-ci ildə də hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu və mü­raciətlərinə baxılması işinin təkmilləşdirilməsi, həmçinin daxil olmuş müraciətlərin ic­rasına nəzarətin daha da gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tə­rə­fin­dən müvafiq göstəriş verilib.


Ötən il Müdafiə Nazirliyinə 50 min müraciət daxil olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AİP 20 Yanvar faciəsi ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib - FOTO
    Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi və üzvləri 20 Yanvar faciəsinin 28-ci il dönümü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət ediblər.
     21.01.2018
    Təhsil nazirinin müavini vəzifəsindən azad edilərək Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib
    Təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilərək Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib
     21.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ