EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:30.05.2019 15:22:23

Şirkət daha əvvəl Ukrayna, Qırğız Respublikası, Belarus, Əfqanıstan, Tacikistan və Qazaxıstana avtomobil ixrac edib...

"GM Uzbekistan" şirkəti Azərbaycana avtomobil satışını bərpa edib.

İnterAz Özbəkistan KİV-inə istinadən xəbər verir ki, birinci mərhələdə ölkəyə R3 və R4 modelləri gətiriləcək, ardından model diapazonu genişləndiriləcək. Bu barədə şirkətin Mətbuat xidməti məlumat verib.

Şirkət daha əvvəl Ukrayna, Qırğız Respublikası, Belarus, Əfqanıstan, Tacikistan və Qazaxıstana avtomobil ixrac edib.

"GM Uzbekistan"da 2019-cu il ixrac potensialının inkişafı ili elan edildiyindən şirkət bu istiqamətdə fəaliyyətini genişləndirmək üçün aktiv iş görür.

Qeyd edək ki, "Ravon" brendi 2017-ci ilin noyabr ayında Azərbaycanda avtomobilqayırmanın inkişafı üçün yaradılan "Azərmaş" ASC-nin strateji tərəfdaşlarından biridir. Gələcəkdə Azərbaycanda "Ravon" markalı avtomobillərin yığımım təşkil edilməsi planlaşdırır.


Özbəkistan Azərbaycana avtomobil ixracını bərpa edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ