1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:21.09.2019 12:00:44

Özbəkistanda toy xərclərinə limit qoyulur

İslamazeri.com "voa"ya istinadən xıəbər verir ki, Özbəkistanda toy xərclərinə limit qoyulacaq.

Qonaqlar 250 nəfərdən çox olmamalı, maksimum iki musiqi qrupu, ən çoxu üç lüks avtomobil - bu, Özbəkistan parlamentinin ifrat xərcləmə və sosial nifaqın qarşısını almaq məqsədilə qəbul etdiyi yeni toy mərasimləri qaydalarıdır.

Paytaxtda və ya digər böyük şəhərlərdə yaşayan orta özbək vətəndaş ayda $200-300 dollar arasında maaş alır. Lakin gəlin və kürəkənin ailələri çox vaxt toy mərasiminə $20,000 xərcləyir.

Bu məbləğdə pulların əldə edilməsi isə sonrakı illərdə böyük əziyyətlərə qatlaşaraq qaytarılması lazım gələcək borclara səbəb olur.

"Toylarımız heç bir müharibə olmadan ölkəni məhv edə biləcək səviyyəyə çatıb," yerli senator İqbal Mirzo cümə günü bildirib və yeni qaydaların gələn ildən qüvvəyə minəcəyini deyib.

Bir çox özbək əsasən Rusiya olmaqla ailələrini dolandırmaq üçün xaricdə işləyir. Onların qazandıqları pullar əsasən evin təmirinə və toy mərasimlərinə xərclənir.


Özbəkistanda toy xərclərinə limit

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahu gedir; İsrail nazirlər kabinetini quracaq Benni Qants kimdir?
    İsrail prezidenti Nazirlər kabinetinin qurulmasını həvalə etmək qərarına gəlib
     23.10.2019
    Trampın ticarət məsələləri üzrə müşaviri istefa verib
    ABŞ prezidenti Donald Trampın ticarət məsələləri üzrə müşaviri Kelli Enn Şou vəzifəsindən istefa verib.
     23.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ