1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:29.04.2020 15:33:41

Özünü Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək dezinfeksiya adı ilə pul tələb edən şəxs tutulub

Nizami rayonunda ayrı-ayrı vətəndaşların evlərinə gedərək özünü Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin şəxslərin yaşadıqları ünvanda dezinfeksiya işləri aparılacağını deyən və bu məqsədlə onlardan pul tələb edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, rayon sakinlərindən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı bu yolla insanlardan pul toplayan Cəlilabad rayon sakini Vasif Urşanov tutulub. O ifadəsində qeyd edib ki, Nizami rayonunda təxminən 30-dan artıq mənzilinə gedərək dezinfeksiya işləri adı altında sakinlərdən pul tələb edib. O, pul vermək istəməyən şəxslərə əks təqdirdə Səhiyyə Nazirliyi tərəfindən 28 manat cərimə olunacaqlarını bildirib. Vasif Urşanovun üzərinə baxış zamanı getdiyi evlərin ünvanlarını qeyd etdiyi kitabça da aşkar olunub.

Araşdırma zamanı Vasif Urşanov barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 234.1 maddələri ilə cinayət işinin icraatda olduğu məlum olub. Faktla bağlı 24-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. Vasif Urşanov əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.


Özünü Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edib pul yığan şəxs tutuldu - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ