EURO 1,915 TRY 0,2483
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:02.09.2019 16:18:37

1 saylı İstintaq Təcridxanasının Tibbi Sanitar hissəsində olan realliq.info saytının redaktoru İkram Rəhimov avqustun əvvəllərində başladığı aclığı davam etdirir.

1 saylı İstintaq Təcridxanasının Tibbi Sanitar hissəsində olan realliq.info saytının redaktoru İkram Rəhimov avqustun əvvəllərində başladığı aclığı davam etdirir.

Rəhimovun qohumlarının verdiyi məlumata görə, onlar avqustun 31-də jurnalistə baş çəkiblər. "Vəziyyəti həddindən artıq ağırdır. O, əvvəlki kimi qida qəbul etməkdən imtina edir və məcburi qida verildiyi təqdirdə özünə xəsarət yetirməklə hədələyir", deyə ailə üzvləri bildiriblər.

Vəziyyəti şərh edən Penitensiar Xidmətin nümayəndəsi Turan agentliyinə bildirib ki, İkram Rəhimov həkim nəzarəti altındadır. "Aclığın dayandırılması məqsədilə ona heç bir təzyiq göstərilmir", deyə mənbə qeyd edib.

*Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı, birinci instansiya məhkəməsində verdikləri ifadələr saxtalaşdırıldığına görə şahidlərin və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib. Etiraz əlaməti olaraq Rəhimov aclığa başlayıb.


Penitensiar Xidmət jurnalistin aclığı davam etdirdiyini təsdiq edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-ın vurduğu təyyarənin 290 iranlı qurbanı yad edildi
    Bu gün isə bu acı hadisənin ildönümü münasibəti ilə körfəzdə hücumun baş verdiyi yerə göydən çiçəklər atılıb.
     02.07.2020
     Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik
    Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib
     02.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ