1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:04.12.2019 17:40:31

K.Həsənov Cinayət Məcəlləsinin 311.2.3 (təkrar rüşvət alma) maddəsi ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhəkəmnin hökmü ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin hökmdə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin 311.2.3 (təkrar rüşvət alma) maddəsi ilə ittiham edilir.

 Rəsmi ittihama görə, K.Həsənov tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı və uzunmüddətli məzuniyyətlər üçün rüşvət alıb. K.Həsənov özünü təqsirli bilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Penitensiar Xidmətin rüşvətdə təqsirləndirilən zabitinə hökm oxundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistan Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlanıb
    Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryanın oğlu oğurlanıb.
     28.01.2020
    Süleymaninin sui-qəsdində adı hallanan Maykl D'Andrea CİA əməkdaşları ilə birlikdə öldürüldü
    Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranda əməliyyatlarına rəhbərlik edən Maykl D'Andrea ABŞ təyyarəsinin Əfqanıstanda vurulması zamanı həlak olub
     28.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ