Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:6.11.2021 13:40:06

2022-ci ildə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalarda gözlənilən artımlar məlum olub.

İslamazeri.com-un APA-ya istinadən verdiyi xəbərə görə, 2022-ci ildə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalarda gözlənilən artımlar Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əksini tapıb.

Rəydə bildirilib ki, növbəti il üzrə orta aylıq pensiya məbləğinə dair DSMF tərəfindən təqdim edilmiş məlumatlara əsasən, ilin əvvəlində orta aylıq pensiya məbləği 341,6 manat, ilin sonunda isə bu göstəricinin 24,6 manat və ya 7,2% artaraq 366,2 manat olacağı proqnozlaşdırılır.

Başqa sözlə, cari ilin əvvəli ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 40,5 manat (12,2%) artaraq 371,9 manat (2021-ci ildə 331,2 manat), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 38,0 manat (14,6%) artaraq 298, 9 manat (2021-ci ildə 260,9 manat), ailə başçısını itirməyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin isə 34,8 manat (13,2%) artaraq 297,8 manat (2021-ci ildə 263 manat) olacağı gözlənilir.


Pensiyalarda gözlənilən artımlar açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tədrisi digər dillərdə olan şagirdlərin nəzərinə:
    “Bu, ilk dəfə tətbiq olunsa da, pandemiyadan əvvəl hazırlanıb, elan edilmişdi".
     25.01.2022
    Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
    Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
     25.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ