EURO 1,9673 NEFT 80,09
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.12.2017 09:45:06

Peterburqdakı kilsədə planlaşdırılan terror aktının qarşısı alınıb

İslamazeri.com Rusiya mediasına istinadən xəbər verir ki, 17 dekabrda Rusiya prezidenti Trampla telefon əlaqəsi zamanı, ona və  Peterburqda törədiləcək terrorla bağlı Rusiya Xüsusi Xidmət Orqanlarını məlumatlandıran CİA rəhbərliyinə təşəkkür edib.

Məlumatda bildirilir ki, Kazan kafedralı Peterburqda fəaliyyət göstərən ən böyük pravoslav kilsə terrorçuların hədəfində olub. Anti-terror əməliyyatı zamanı, dağıstanlı Şamil Ömər Hacıyev. İnquşetiyalı Əlisxan Esmurziyev, tacik Firuz Kalavurov və rus Yevqeniy Yefimov və onun köməkçisi Anton Kobets həbs olunublar. Sonuncu partlayıcıların hazırlanmasını etiraf edib. 

Yevqeniyin hazırlamaq istədiyi partlayıcı isə "Şeytanın anası" adlı çox təhlükəli maddədir ki, Paris və Brüseldə də bu partlayıcıdan istifadə edilib.

Qeyd edək ki,Kazan kafedralı və ya Kazan Tanrı Anası ikonasının kafedralı - Ampir üslubunda inşa olunmuş Peterburqda fəaliyyət göstərən ən böyük pravoslav kilsə. Kilsə əhali arasında əziz tutulan Kazan Tanrı Anasının möcüzəvi ikonasının saxlanması məqsədilə memar A. Voronixin tərəfindən 1801-1811-ci ildə Nevski Prospekti üzərində inşa olunmuşdur. 1812-ci ilin Böyük Vətən müharibəsindən sonra, kilsə Rusiya hərbi şöhrətinin ən əhəmiyyətli abidəsinə çevrilmişdir. 1813-cü ildə burada general-feldmarşal Mixail Kutuzov dəfn olunmuş, həmçinin alınan şəhərlərin açarları və başqa hərbi qənimətlər yerləşdirilmişdir.

1932-ci ildə kilsə Din və Ateizm Muzeyinə çevrilir, 1991-ci ildən isə artıq fəaliyyət göstərən məbədin içərisində bir neçə il muzey ekspozisiyası saxlanılırdı. 2000-ci ildən Kazan kafedralı Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı protoiyerey Pavel Krasnotsvetovdur.


Peterburqda kilsədə planlaşdırılan terrorla bağlı məlumatı Rusiyaya CİA ötürüb - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Parlamentdə şəhid ailələrinin problemi müzakirə edilib
    Milli Məclisin bu gün keçirilən plenar iclasında müavinət ala bilməyən şəhid ailələrinin məsələsi qaldırılıb.
     16.10.2018
    Yeni “Lada Xray Cross”-un qiyməti açıqlandı
    Rusiyanın “AvtoVAZ” avtomobil şirkəti yeni “Lada Xray Cross” modelinin qiymətini açıqlayıb.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ