EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:24.03.2019 00:40:50

Faktla bağlı cinayət işi başlanıllıb, araşdırma aparılır.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağcabədi rayon Avşar kənd sakinləri Babək Tapdıqov, Amil Tapdıqov, Xaliq Əliyev və Hacılar kənd sakini Yaşar Hüsüyev mütəşəkkil dəstə təşkil edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olan məlumatla əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Tapdıqovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman 3 ədəd sellofan torbada və 52 ədəd kibrit qutusunda 2 kiloqrama yaxın, eləcə də siqaret qutusunda kazbeklərə doldurulmuş halda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Tədbirlərin davamı olaraq A.Tapdıqovun və Y.Hüsüyevin yaşadığı ünvana baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada çəkisi 200 qrama yaxın və 5 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana, eləcə də 1 ədəd 7.62 kalibrli avtomat və 1 ədəd kustar üsulla hazırlanmış 16 kalibrli tüfəng gülləsi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıllıb, araşdırma aparılır.

PolisdÉ™n uğurlu É™mÉ™liyyat: mütəşÉ™kkil dÉ™stÉ™ üzvlÉ™ri yaxalandı


Polisdən əməliyyat: mütəşəkkil dəstə üzvləri yaxalandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail işğal edilmiş ərazidə “Tramp” adlı qəsəbə salacaq
    İsrail rejiminin Baş naziri Qolan yüksəkliklərindən səyahət edir.
     24.04.2019
    İslam Respublikasında 3 ayda 581 dinc insan həlak olub
    Bu haqda BMT-in Əfqanıstana yardım üzrə Missiyasından məlumat veriblər.
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ