1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:15.05.2019 16:59:34

Problemli kreditlərlə bağlı kompensasiyaların 84 faizi ödənilib.

Bu günə qədər 506 min nəfərə problemli kreditlərlə bağlı kompensasiya ödənilib. Prosesin bu ayın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Problemli kreditlərlə bağlı kompensasiyaların 84 faizi ödənilib.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə rəisi Orxan İsmayılov deyib.

O deyib ki, bu qəbildən olan kreditlərin həlli ilə bağlı fərmanın icrası qrafikə uyğun davam edir. Fərmana əsasən, 602 min 347 nəfərə kompensasiya ödənişinin verilməsi nəzərdə tutulmuşdu. Artıq 243 min nəfərin kompensasiyası ödəniş müddəti keçmiş kreditlərin azaldılmasına yönəlib. 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

300 minə yaxın vətəndaşın isə yeni güzəştli kredit müqavilələri ilə təmin edilməsi, yəni restrukturizasiya prosesinə cəlb edilməsi nəzərdə tutulub. Bu prosesə də start verilib.

Orxan İsmayılov bankların bu müqavilələr üçün tələb etdiyi zaminlər məsələsinə də toxunub.

O deyib ki, bu, bankla vətəndaş arasında həll olunacaq məsələdir.

Kredit tarixçələri korlanmış vətəndaşlara gəlincə isə, onların bundan sonrakı ödənişləri "qara siyahılar"dan çıxmasında mühüm rol oynayacaq.
Yeni müqavilə imzalamayacaq vətəndaşların kredit tarixçələri isə başqa kreditlərini ödəmə intizamına görə müəyyən ediləcək. (Xezerxeber.az)


Problemli kreditlərlə bağlı yeni xəbər - RƏSMİ AÇIQLAMA - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübarək Ramazan ayının 13-cü gününün duası
    Mübarək Ramazan ayının 13-cü gününün duasını təqdim edirik:
     19.05.2019
    Bakıda ticarət mərkəzinin binasında yanğın - VİDEO
    Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində yanğın baş verib
     19.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ