EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.04.2019 23:15:10

Məktublarda borcun ödənilməsi tələb edilir.

Xarici valyutda olan problemli kreditlərlə bağlı vətəndaşlara kompensasiyanın veriləcəyi haqqında qərar olsa da, bəzi vətəndaşlara müxtəlif məhkəmələrdən məktublar gəlir. Məktublarda borcun ödənilməsi tələb edilir.

Ramil Kazımov adlı şəxsə gələn sənəd onlardan biridir. Sənəddə vətəndaşdan 10 min dollara yaxın borcun ödənilməsi tələb edilir. Əks halda onunla balğı müxtəlif tədbirlərin görüləcəyi qeyd edilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Tural Feyzullayev bildirib ki, bu tipli sənədləri olan vətəndaşlar ilk növbədə qurumun saytına daxil olaraq kompensasiya məbləğinin sorğulanması bölməsindən özü haqqında məlumatlarla tanış olmalıdırlar.

Elektron sistemdə vətəndaşa ödəniləcək kompensasiya haqqında tam məlumat yerləşdirilir. Restruksizasiya təkliflərindən yararlanmaq imkanları olan, başqa sözlə desək ölkə başçısının fərmanında nəzərdə tutulan kriteriyalara cavab verən borclulara məhkəmə tərəfindən gələ biləcək belə bildirişlərə xitam verilir.

Məhkəmədən bildiriş alan vətəndaş palata ilə də əlaqə saxlayıb ətraflı məlumat ala bilər. (Xəzər TV)


Problemli kreditlərlə balı YENİ PROBLEM - Vətəndaşa məhkəmədən bildiriş gəlib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ