MMDİB-nin Qədir Xum tədbiri
MMDİB-nin Qədir Xum tədbiri
İslam aləminin ən əzəmətli bayramlarından olan Qədir-Xum bayramı münasibətilə tədbir təşkil edilib
İslamazeri.az-ın verdiyi məlumata görə, tədbirin açılışını ilahiyyatçı, Quran qarisi Hacı Rahib Quran tilavəti ilə edib. Bundan sonra tədbirdə "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin ilahiyyatçısı Hacı Taleh Abbasov təşkilat adından tədbir iştirakçılarını təbrik edərək bu günün əhəmiyyətindən danışıb. İlahiyyatçı Seyid Şəhadət Heydərov da bu mövzunun əhəmiyyətindən söz açaraq bildirib ki, Qədir-Xum bayramı çox təntənəli şəkildə qeyd edilməlidir. Bu gün bütün bayramlardan daha üstün bir bayramdır. Bu günün üstünlüyünü övladlarımıza öyrətməliyik.
Bundan başqa ilahiyyatçı, şair Hacı Gülbala Fəani da Qədir-Xum hadisəsinin tarixindən danışıb, müsəlmanları təbrik edib. İmam Əlinin (ə) şəninə şeirlər səsləndirib.
Daha sonra "Muminun-Cəfəri" ilahi nəğmələr qrupu mədhiyyələr və mahnılar oxuyub. Tədbirdə, həmçinin şair Aslan Aşiq də Əhli-Beytə (ə) həsr etdiyi şeiri oxuyub.