Son zamanlar hər il ərzində 5-6 baş heyvanda "qara yara" xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib.

Son zamanlar hər il ərzində 5-6 baş heyvanda "qara yara" xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.
Onun sözlərinə görə, heyvan kəsilən zaman qan laxtalanmırsa, "qara yara"dan şübhələnmək lazımdır: "Bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur. Onlar da nəzarətə götürülür, peyvəndlənir. Lakin "qara yara" xəstəliyi ilə bağlı insan ölümün olmasıma təəssüflənirik".
"Qara yara" torpaqdan da yoluxur - Agentlik