EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:25.04.2019 10:25:32

Daxili İşlər Nazirliyi hində zəncirlənmiş halda saxlanıldığı deyilən şəxslə bağlı araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyi hində zəncirlənmiş halda saxlanıldığı deyilən şəxslə bağlı araşdırmalara başlayıb.

"Qafqazinfo" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Modern.az-a bildirib ki, məlumat sosial şəbəkələrdə yayılandan dərhal sonra araşdırmalar başlayıb:

“Ucar rayon polis şöbəsinin əməliyyat qrupu, rayon prokurorluğunun və Qarabörk kəndinin rəsmilərinin iştirakı ilə Əfşan İbrahimova və qardaşı İlyas İbrahimovun ünvanına baxış keçirilib. Baxış zamanı İlyas İbrahimovun ikimərtəbəli evin birinci mərtəbəsindəki çarpayıda yatdığı müşahidə olunub. Ev şəraiti normal olub”.

O.Mansurzadənin sözlərinə görə, ruhi xəstə və I qrup əlil olan İlyas İbrahimov 20 ildir ki, bacısı Əfşan İbrahimovanın himayəsindədir:

“Bu müddət ərzində heç bir instansiyaya bacısı tərəfindən baxılmaması yaxud onunla kobud rəftara dair müraciət daxil olmayıb. Əfşan İbrahimova rəsmi olaraq İlyas İbrahimovun qəyyumudur. Qonşularla söhbət zamanı da İlyas İbrahimovun xəstə olduğu, ona bacısı tərəfindən baxıldığı bildirilib. Onların izahatından və hadisə yerinə baxışdan da bəlli olub ki, İlyas İbrahimovun hində, insan həyatı üçün uyğun olmayan bir şəaritdə yaşaması barədə sosial şəbəkələrdə yayılan məlumatların heç bir əsası yoxdur”.

DİN rəsmisinin sözlərinə görə, polis əməkdaşları tərəfindən Ə.İbrahimovaya aidiyyatı dövlət orqanlarında qardaşına baxılması üçün yardım təklif edilib:

“Amma Əfşan İbrahimova qəyyum olaraq qardaşına özünün baxacağını bildirərək, yardımdan imtina edib”.


Qardaşını hində saxlaması yalan çıxdı - DİN-dən AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ