Qaxda ev içindəki əşyalarla birlikdə tamamilə yanıb.

Qaxda ev içindəki əşyalarla birlikdə tamamilə yanıb.
"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Tasmalı kəndində, 1957-ci il təvəllüdlü Məmmədov Səfərəli Camal oğluna məxsus evdə baş verib.
Belə ki, bu gün axşam saatlarında ev anidən yanıb. Ev sahibləri yanğın baş verən vaxt evdə olmayıblar. Hadisə yerinə Qax və Zaqataladan 2 yanğın söndürmə birqadaları cəlb olunub. Yanğının yaxındakı tikililərə keçməsinin qarşısı alınıb.
Ev tamamilə yansa da, xəsarət alan olmayıb.
Faktla baglı araşdırma aparılır.
Qaxda ev külə döndü - FOTOLAR