1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.05.2019 16:17:49

Bu gün Sərhəd Xidməti NİDA Hərəkatının fəalı və keçmiş siyasi məhbus Qiyas İbrahimovu Azərbaycan-Gürcüstan sərhəddində saxlayıb.

Bu gün Sərhəd Xidməti NİDA Hərəkatının fəalı və keçmiş siyasi məhbus Qiyas İbrahimovu Azərbaycan-Gürcüstan sərhəddində saxlayıb.

Hərəkatın koordinatoru Samir Əsədli bildirib ki, sərhədçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tətbiq etdiyi qadağaya əsaslanıblar. Qadağa onun hərbi bileti qeydiyyata alınmadığına görə tətbiq edilib. Lakin Q.İbrahimov bu yaxınlarda məhz bu hərbi biletin əsasında paspost alıb.

Bir neçə saat sürən uzun yoxlamadan sonra onu ölkədən buraxıblar.

Xatırladaq ki, Q.İbrahimov və digər gənc fəal Bayram Məmmədov 2016-cı il mayın 10-da Bakının mərkəzində Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra həbs edilmişdilər.

Gənclər külli miqdarda narkotik maddə alverində ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdilər.

Onlar Beynəlxalq Amnistiya təşkilatı tərəfindən "vicdan məhbusları" kimi tanınıblar.

Bu ilin martında hər iki gənc Azərbaycan prezidenti tərəfindən əfv edilib.(Turan)


Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb və...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Temperatur 40 dərəcəyə çatacaq
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi 19 iyulda gözlənilən hava şəraitini açıqlayıb.
     18.07.2019
    Nazirlik məlumat yaydı: Bu şəxslər 800 manat cərimələnəcək - XƏBƏRDARLIQ
    Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat vermələrini tələb edir.
     18.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ