EURO 1,8941 TRY 0,293
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.07.2019 17:16:18

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) rayonlarda din xadimləri ilə görüşləri davam etdirir.

Islamazeri.com qafqazislam.com-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) rayonlarda din xadimləri ilə görüşləri davam etdirir. Növbəti belə toplantı iyulun 10-da Salyan, Neftçala, Şirvan və Hacıqabulda fəaliyyət göstərən imam və imam müavinləri, dini icmaların nümayəndələri ilə olub.
Salyanın “Hacı Tağı” məscidində keçirilən müşavirə Qurani-Kərimin tilavət olunması ilə başlayıb, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
QMİ-nin Aparat rəhbəri Simran Həsənov Şeyxülislam Allahşükür Paşazadənin salamlarını toplantı iştirakçılarına yetirib, bildirib ki, belə görüşlər idarə sədrinin göstərişinə əsasən keçirilir. Aparat rəhbərinin sözlərinə görə, müşavirələrin məqsədi bölgələr üzrə səlahiyyətli nümayəndələrin hesabatlarını dinləmək, problemləri araşdırmaq, yerlərdəki din xadimlərinin arzu və təkliflərini dinləməkdir.
Simran Həsənov Azərbaycanda din-dövlət münasibətlərinin inkişafı sahəsində atılan addımlar, QMİ-nin xarici ölkələrdə keçirdiyi beynəlxalq konfranslar, bu ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Dini Liderlərin II Sammiti, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklər, dini icmaların və Quran kurslarının fəaliyyətini təmin etmək üçün tələb olunan sənədlər barədə məlumat verib. Qazı və Səlahiyyətli nümayəndələrin işinin gününün tələbləri səviyyəsində qurulması, hesabatlılığın, şəffaflığın təmin edilməsi ilə bağlı QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin əmr və tövsiyələrini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Aparat rəhbəri Salyan bölgəsində yaşayan dindarların dövlətçiliyimizin möhkəmlənməsinə, din-dövlət münasibətlərinin inkişafına, məzhəblərarası vəhdətə bundan sonra da töhfə verəcəklərinə inandığını bildirib.
Müşavirədə QMİ-nin bölgə Qazısı Hüsni Həsənovun, Şirvan şəhəri üzrə Səlahiyyətli nümayəndə Əvəz Mehrəliyevin, Neftçala rayonu üzə Səlahiyyətli nümayəndə Mirseymur Əliyevin hesabatları dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Din xadimləri Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı, dini, milli-mənəvi dəyərlərimizin qorunması, məscidlərimizin təmir-bərpası, din xadimlərinin sosial müdafiəsinin gücləndirilməsi, dini icmaların maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində həyat keçirdiyi tədbirləri dəstəklədiklərini bir daha bəyan ediblər. QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illiyinin geniş şəkildə qeyd olunması, Bakıda Dini Liderlərin II Sammitinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamlara görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Müşavirəyə yekun vuran QMİ sədrinin müavini Fuad Nurullayev son illər ölkəmizdə dindarların fəaliyyəti üçün hər cür şərait yaradıldığını, dini sahədə sabitliyin əldə edildiyini, Azərbaycanın təklif etdiyi tolerantlıq və multikulturalizm modelinin dünyada nümunə kimi qəbul olunduğunu qeyd edib. Səlahiyyətli nümayəndələrin hesabatlarını qənaətbəxş hesab edən sədr müavini fəaliyyətlərinə görə onlara təşəkkürünü bildirib, problemlərin qısa müddətdə aradan qaldırılması üçün tövsiyələrini verib, tədbirdə səslənən təkliflərin Şeyxülislam həzrətlərinə məruzə olunacağını deyib.
Həmin gün Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov müşavirədə iştirak etmək üçün rayona gələn QMİ nümayəndələrini qəbul edib. Görüşdə Salyan rayonundakı dini-durum, bu sahədə son illər görülən işlər, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. QMİ sədrinin müavini Fuad Nurullayev dindarlara göstərdiyi diqqət və qayğıya görə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova idarə rəhbərliyi adından minnətdarlığını bildirib.
Görüşdə Milli Məclisə Salyan rayonundan seçilən deputat Əliağa Hüseynov da iştirak edib.     

QMİ Salyan, Neftçala, Şirvan və Hacıqabulda fəaliyyət göstərən imam və imam müavinlərilə müşavirə keçirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə Yəməndə xərcəng xəstələrinin müalicəsinə maneə yaradır
    Səudiyyə Yəməndəki xərcəng xəstələrinə göndərilən tibbi məhsulların ölkəyə girişinə qadağa qoyub
     11.12.2019
    Hüquq müdafiəçiləri Oqtay Gülalıyevin işinin beynəlxalq araşdırılmasını tələb edirlər
    Vətəndaş Həmrəyliyi Platforması tanınmış azərbaycanlı hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyatına sui-qəsdi pisləyir
     11.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ