EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:26.10.2019 23:24:34

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü başa çatıb.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü başa çatıb.

Trend-in məlumatına görə, görüşün yekununda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, görüşün sonunda Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi edən dövlətə təşəkkür və Fələstin üzrə sənədlər qəbul edilib.

E.Məmmədyarov deyib ki, Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürür: "Azərbaycana etimad göstərdiyiniz üçün hamınıza təşəkkür edirəm. Ümid edirik ki, biz çoxtərəfli əməkdaşlığı inkişaf etdirəcəyik. Azərbaycan artıq donor ölkəyə çevrilib. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olan müxtəlif ölkələrə yardımlar ayırır və bu yardımlar davam edəcək. Qəbul edilən sənədlər göstərir ki, Qoşulmama Hərəkatı yenə də qlobal problemlərin həllinə öz töhfəsini verəcək. Azərbaycanın da prioritetləri Bandunq prinsipləri olacaq. Əsas məqsədimiz Qoşulmama Hərəkatına inamı və bu qurumun rolunu artırmaq olacaq".

Xarici işlər naziri qeyd edib ki, 25 ildən çoxdur ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən əziyyət çəkir: "Azərbaycan son 25 ildə böyük iqtisadi və sosial nailiyyətlər əldə edib. Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələri dünyada sülhə və təhlükəsizliyə töhfə verir. Biz sədrliyimiz dövründə iqtisadi inkişafa da önəm verəcəyik. Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təşkilatlarla da dialoqun inkişafına önəm verəcək. Mədəniyyətlərarası və svilizasiyalararası dialoqu təşviq edəcəyik. Biz hər kəsə bu Zirvə Görüşündə iştirakına görə təşəkkür edirik".


Qoşulmama Hərəkatının Bakı Siyasi Bəyannaməsi qəbul edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Eurohome” Ticarət Mərkəzində yanğın - vertolyotlar cəlb edildi - VİDEO
    Xırdalan dairəsinə yaxın ərazidə yerləşən “Eurohome” Ticarət Mərkəzində yanğın baş verib.
     10.12.2019
    İranın Azərbaycandakı səfirliyində yanğının qarşısı alındı
    İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub.
     09.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ