1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.03.2019 12:53:41

Hazırda yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

Martın 8-i gecə saatlarından yağmağa başlayan qar səbəbindən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti çətinləşib.

İslamazeri.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsindən bildirilib ki, yolun 32-38-ci kilometrliklərinin hərəkət hissəsinə 20 santimetrədək qar yağıb.

Səhər saatlarından başlayaraq idarənin işçi qüvvəsi ağır texnika vasitəsilə yolun qarla örtülən hissəsini təmizləyib, əraziyə qum-duz qarışığı səpilib.

Hazırda yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

Sahə rəisi Bilal Sultanov bildirib ki, ötən gün yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Ucqar yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır. Növbətçi briqadalar yolun daha təhlükəli sayılan hissələrinə nəzarət edir.

Hazırda Quba rayonunun bir sıra dağlıq ərazilərinə qar yağmaqda davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dağlıq ərazidəki yollarda sürücülərə diqqətli olmağı, hava şəraitinə uyğun sürət həddi seçməyi tövsiyə edib.


Quba-Xınalıq yolunda hərəkət çətinləşdi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti - VİDEO HEKAYƏ
    “Shafaqna Azərbaycanca”nın layihəsi “Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti” adlı videonu təqdim edirik.
     23.09.2020
    Bəhreynlilər ölkələrinin İsraillə yaxınlaşmasına etiraz etdi - VİDEO
    Etirazçılar “Normallaşma - xəyanətdir” kimi şüarlar səsləndiriblər.
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ