EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:17.05.2018 12:50:40

Həkim və mütəxəssislərin rəyinə görə Ramazan süfrələrindən ağartı məhsullarını əksik etməmək lazımdır

Mübarək Ramazan ayının birinci günündəyik. Lakin hər il oruc tutanlar kimi, bu il ilk dəfə oruc tutanlar da var. Odur ki, bəzən qidalanma ilə bağlı bəzi problemlər rast gəlinir. 

İslamazeri.com xəbər verir ki, həkimlər və qida mütəxəssisləri Mübarək Ramazan ayında ağartı mhsulları kimi cəmiyyətimizdə tanınan - süd və süd məhsullarını süfrədə daima hazır etməyi tövsiyə edirlər. Süd məhsullarının şorba, yemək və şirniyyatlarda istifadə olunması məsləhət görülür.

Belə ki, süd və süd məhsulları, uzun müddətli aclıq saatlarında bədənin protein və kalsium ehtiyacını ödəyən ən yaxşı qidalardan olduğu ümün bu qidalardan istifadə etməliyik.

Tərkibi protein və kalsium başda olmaqla, yağ, karbohidrat və çox çeşidli vitaminlərlə zəngin olan süd məhsulları həzmi asanlaşdırmaqla yanaşı, rahat yatmağımıza da şərait yaradır.

Həkimlərin rəyinə görə, imsak vaxtı içilən bir stəkan süd gün ərzində uzun müddət tox qalmağa kömək edir. Südün içinə xurma doşabı və ya bəhməzi əlavə edildikdə isə, bunun nəticəsi iki qat olur.


Ramazan süfrələrindən ağartı məhsullarını əskik etməyin

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil aldığı məktəbin 700 bal toplayan ilk məzunu
    “700 bal topladığımı biləndə inanmadım”.
     21.07.2018
    Çin: İrana qarşı olan birtərəfli sanksiyaların qəti əleyhinəyik
    Çin Ticarət Nazirliyi Pekin rəhbərliyinin İrana tətbiq ediləcək birtərəfli sanksiyalara qarşı olduğunu, İran ilə əməkdaşlığa davam edəcəklərini açıqlayıb.
     21.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ