EURO 1,8804 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.09.2019 11:45:58

İslamazeri.com Portalının baş redaktoru Ramin Bayramov özünün facebook səhifəsində açıqlama yayıb

İslamazeri.com Portalının baş redaktoru Ramin Bayramov özünün facebook səhifəsində MMDİB-indən çoxdan ayrılması ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: 

"Bildiyiniz kimi uzun illər Milli Mənəvi Dəyərlər İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, idarə heyətinin üzvü olmuşam.

Bu illər ərzində təşkilatın işlərini, həmçinin mediada tanınmasına təsisçisi olduğum islamazeri.com saytında imkan yaratmışam.

Hazırda təşkilatla uzaqdan yaxından heç bir əlaqəm yoxdur və hətta üzvü belə deyiləm. Rəhbərlik etdiyim sayt da heç bir təşkilata, heyətə və məndən başqa heç kəsə aid deyil. Bunu oxuyanda bəzilərinin narahat olmasını da anlayıram.

Sual yarana bilər -  Nəyə görə inandığım məramlar, hədəfimi daha dəqiq və təsirli icra etməyimin çətin olacağını bildiyim halda, bu addımı atmağa məni nə vadar etdi?

1. Üzvlüyündən çıxdığım "təşkilat"ın hətta varlığı;  İşləri və fəaliyyəti haqda, idarə heyətinin özü və gördüyü işlərindən xəbərim yoxdur

2. Saytıma dəstəyə imkanlarının olmayacağını mənə bildirməklə əslində mənimlə işləmək istəklərinin olmadığını gördüyümə görə (təbii mən onlardan əvvəl bu fikirdə olmuşam)

3. Zatən uzun zamandır statuslarda heç bir təşkilata bağlı olmadığımı bildirsəm də, bəzi yerdə islamazeri.com saytının adının təşkilat, icma və heyətə bağlı olduğunu və ya onlar tərəfindən maliyə dəstəyi aldığımla bağlı söz-söhbətlər gəzdiyinə görə

4. Şəffaflıq və sədaqətə önəm verdiyimə görə

5. Hacı Abgüllə bağlı mövqelərini başa düşmədiyimə görə...

P.S. Yazdıqlarımı "manevr" olaraq yazmamışam.

P.P.S. Saytın məndən aslı olmayan səbəblərə görə, yaranan borc hələ bağlanmayıb.

SAYT HAQQINDA


Ramin Bayramovdan AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb
    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.
     18.11.2019
    Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov
    Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ