Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:6.12.2021 13:54:58

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 illik fasilədən sonra dekabrın 6-da Qətərə rəsmi səfərə gedir.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, Ərdoğan paytaxt Dohada Qətər Əmiri Şeyx Temim ibn Hamed əl-Sani tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Sonra iki ölkə başçısı arasında təkbətək görüş keçiriləcək.

Türkiyə-Qətər əlaqələrinin hərtərəfli müzakirə ediləcəyi görüşdə Əfqanıstan, Suriya və Liviya başda olmaqla regional proseslər haqqında fikir mübadiləsi aparılacaq.

Ərdoğanın Qətər səfərində mövcud əməkdaşlığın artırılması üçün konkret addımlar da atılacaq. Bu çərçivədə VII Türkiyə-Qətər Yüksək Strateji Komitə Yığıncağı reallaşdırılacaq ki, Ərdoğan və Hamed əl-Saninin başçılıq edəcəyi bu iclasda müxtəlif sahələr üzrə müqavilələrə imza atılacaq.

Xatırladaq ki, iki ölkə arasında birincisi 2015-ci ildə edilən komitə iclaslarının nəticəsində ticarətdən enerjiyə və müdafiə sənayesinə qədər bir çox sahədə 62 müqavilə imzalanıb.


Ərdoğan Qətərə səfər edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tədrisi digər dillərdə olan şagirdlərin nəzərinə:
    “Bu, ilk dəfə tətbiq olunsa da, pandemiyadan əvvəl hazırlanıb, elan edilmişdi".
     25.01.2022
    Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
    Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
     25.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ